beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fərqli dad-Balıq dolması

Dəniz məhsulları bol vitaminli tərkibi ilə seçilən əsas qida növlərindən biridir. Bu dəfəki məqaləmizdə sizinlə çoxumuzun sevimli yeməklərindən olan balıq ətindən hazrlaya biləcəyimiz fərqli bir yeməyin-balıq dolmasının reseptini bölüşmək istəyirirk.

Bunun üçün bizə lazımdır:

300 qram balıq əti;
Bir baş soğan
Bir ədəd keşniş
Üzüm yarpağı
Duz, istiot

Bu resept üçün kütüm, suf, və ya ağ balığı seçməyiniz daha məsləhətlidir. Balğın ətini sümükdən ayırmaqla işə başlayırıq. Daha sonra ayrı qabda soğan, keşnişi xırda-xırda doğrayırıq. Soğan və keşnişi balıq əti ilə qarışdırırb ətçəkən maşından keçiririk. Daha sonra bu qarışığa duz-istiot vurub kənara qoyuruq. Ayrı qabda üzüm yarpağının saplağını kəsib qaynar suda pörtürük. Yarpağın hər birinə 25-30 qram balıq qiyməsi qoyub bükürük. Qazana yarım stəkan su əlavə edib bişməyə qoyuruq. 40-45 dəqiqəyə yemək süfrəyə təqdim edilməyə hazırdır.

Nuş olsun!


Tarix: 07.01.2015 / 12:09 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Aşbaz Abbas