Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MəscidlərZaviyə məscidi

Zaviyə məscidi — Naxçıvan şəhərində Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsi.Mündəricat [gizlə]
1 Tarixi
2 Quruluşu
3 Xarici keçidlər
4 Mənbə
5 Həmçinin bax

[redaktə]
Tarixi

Ərəbcə guşə, künc, bucaq mənasmı verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarmdan biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarma müridlər toplayaraq öz ideyalarmı yaymışlar. İslam dininin yarandığı ilk yüzilliklərdə xristian ra- hiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarmı da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da Ardı »

MəscidlərŞahbulaq məscidi

Şahbulaq məscidi — Azərbaycanın Ağdam rayonunda, Şahbulaq deyilən ərazidə Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilən məscid.
[redaktə]
Memarlıq quruluşu

Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş Şahbulaq məscidi üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən gümbəz şəklində tamamlanmış, bayır tərəfdən isə gümbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örütüyü iki yamaclı formaya salınmışdır. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün idi.

Ümumi divar hörgülərinin qalınlığı bir metrə çatan məscidin plan ölçüləri 9,38x7,18 metrdir. Məscid maili yerdə Ardı »

MəscidlərGiləhli məscidi

Giləhli məscidi — XVIII əsrə məxsus olan bir məscid. Giləhli məscidinin minarəsi bu günə kimi gəlib çatmışdır.

Şəkinin qədim tarixi memarlıq abidələrindən biri də Giləhli məscididir. XVIII əsrə məxsus olan bu məccid Şəkinin şimal-şərində, şəhərin içərisindən axan Qurcana çayının sahilində, onun səthindən təxminən 20-25 metr yüksəklikdə tikilmişdir.Sadə yaşayış evlərinə məxsus ənənəvi Şəki memarlıq ülubunda tikilmiş mşscid binasının daxili görkəmi Şəki xan sarayını xatırladır. Divardakı naqqaşlığa, rəsmlərə, stalaktitlərə nəzər yetirdikdə belə təsəvvür yarnır ki, sarayla məscidin daxili divarı eyni sənətkarın əlindən çıxmışdır.

Giləhli məscidi uzun müddət baxımsız qaldığından və qəza vəziyyətinə düşdüyündən onu bərpa etmək əvəzinə,SSRİ-i dönəmində, analoqu olmayan bu məscid yerlə yeksan edilmişdir.

Xoşbəxtlikdən Ardı »

MəscidlərQarğabazar məscidi

Qarğabazar məscidi — Qarabağın qədim məscidlərindən biri. Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapmışdır. [1]
[redaktə]
Tarixi

Məscidin planı

Məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb h. t. 1095". Bu da miladi tarixi ilə 1683-1684-cü ilə uyğundur. Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilmişdir. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmamışdır. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Onunla eyni dövrdə (XVII əsrdə) tikilmiş Ardı »

MəscidlərZal Mahmud paşa məscidi

Zal Mahmud Paşa Məscidi İstanbulun Eyüp mahalında Sultan Süleyman Qanuninin vəziri Zal Mahmudun Memar Sinana tiktirdiyi məscid mədrəsə, türbə, bulaqdan meydana gələn bir kompleksdir. Zal Paşa küçəsindəki məscidin inşa tarixi 1577-ci ildir. Bir mədrəsə bulağ həyəti ətrafında yerləşir. Buna bağlı ikinci mədrəsə alçaq bir platformada türbə ətrafındakı həyətdədir və onun Dəftərdar küçəsi tərəfində qapısında bir bulaq yerləşir. Düzgün səkkizbucaqlı, tək günbəzli, girişi 6 sütunlu bir rəvandan olan türbədə Zal Mahmud Paşa yatmaqdadır. Türbə pəncərələri klassik qarışqa gözlüdür. Ardı »

MəscidlərƏlixan məscidi

Əlixan məscidi — Naxçıvan şəhəri İstiqlal küçəsi, Əlixan məhəlləsində tarixi-memarlıq abidəsi.Mündəricat [gizlə]
1 Tarixi
2 Xarici keçidlər
3 Mənbə
4 Həmçinin bax

[redaktə]
Tarixi

Naxçıvan şəhərindəki Əlixan məhəlləsində əvvəllər fəaliyyət göstərmiş məscid binasından yalnız cənub tərəfdəki xaraba divarı qalır. Maraqlıdır ki, ”salamat qalan” divarda 3x1,5 metr ölçüsündə iki mehrab yeri var. Əvvəllər binanın uzunluğu 25, eni 15, divarlarının eni isə 1 metr ölçüsündə çiy kərpicdən tikilib. Şimal tərəfdəki divarda ikitağlı taxta qapı, şərq divarda iki pəncərə ilə birtağlı qapı, qərb tərəfdəki divarda isə dörd pəncərələri olub. Hündürlüyü 6,5 metr olan binanın üstü qarağac tirlərlə örtülərək, divarlar saman-gillə suvanıb. Məsciddə eyni vaxtda 60 nəfər namaz qıla bilərdi. Ardı »

MəscidlərCümə məscidi (Ağdam)

Cümə məscidi — Azırbaycanın Ağdam şəhərində məscid.Mündəricat [gizlə]
1 Tarixi
2 Memarlıq quruluşu
3 İnteryeri
4 Abidənin statusu
4.1 Abidənin qorunmasını və mühafizəsini təmin edən hüquqi sənədlər

[redaktə]
Tarixi

Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilmişdir. Bölgədə mühüm ticarət mərkəzinə çevrildiyi zaman Ağdam şəhərində Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biri - Ağdam Cümə məscidi inşa edilmişdir.
[redaktə]
Memarlıq quruluşu

Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası Ardı »

Məscidlərİkiqibləli məscid

İkiqibləli məscid (ərəb. المسجد القبلتین‎‎) - Mədinədə məscid. Qiblənin dəyişdirilməsi barədə ayə nazil bu məsciddə olarkən Peyğəmbərə nazil olduğuna görə, məscidin adı hadisədən götürülmüşdür.

Bəqərə surəsinin 144-cü ayəsi Məhəmməd peyğəmbərə bu məsciddə nazil olub. "(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-Hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir." Ardı »