Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MəscidlərMəscid ən-Nəbəvi

Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi (ərəb. المسجد النبوي‎‎) - Mədinədə məscid. İslamda Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur.Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilən, Məhəmmədin qəbrini ehtiva edən məscid. Nəbəvi sözü ərəbcədən "peyğəmbərə aid" anlamına gəlir. Beləliklə, mənası Peyğəmbər Məscidi'dir. Məkkədə olan Məscid-i Haramdan sonra Müsəlmanlara görə ikinci ən müqəddəs məsciddir. Məsciddə eyni anda 650.000 insan ibadət edə bilər. Məscid Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşir. Məscid günümüzdə ətrafını əhatə edən mərmər örtülmüş avlusu daxil olmaqla 400.000 m2 ümumi sahəyə malikdir. Məscid-i Nəbəvi ya da Məscidi-Nəbi ilk inşasında sadə tikildi. Xurma kötüklərindən sütunları, Ardı »

MəscidlərVəzir Xan məscidi

Vəzir Xan məscidi (urdu. مسجد وزیر خان) - Pakistanın Pəncab bölgəsinin Lahor şəhərində yerləşən tarixi məscid. Məscid 1634-ci ildə Sultan Şahcahanın maliyyələşdirməsi ilə inşa olunmağa başlayıb, 1635-cü ildə inşaat başa çatdırılmışdır. Ardı »

MəscidlərGöy məscid (Təbriz)

Göy məscid (fars. مسجد کبود‎ Məsced-i Kabud) — Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri.[1][2][3][4]

Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur.[5]

Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir.Mündəricat [gizlə]
1 Tarixi
1.1 Ardı »

MəscidlərCümə məscidi (Girnə)

Cümə məscidi — Culfanın Girnə kəndində, təpə üstündə, İlandağın fonunda ucalan məscid. Dövrümüzə məscidin yalnız xarabalıqları çatmışdır.

Plan-məkan quruluşu, yerləşmə tərz, ən başlıcası isə yüksək memarlıq keyfiyyəti onun əhəmiyyətli dini kompleksin mərkəzi hissəsi – Came məscidinin günbəzli məqsurəsi olduğunu bəlliləşdirir.

Bəzi araşdırmaçılar Girnə məscidini türbə hesab etmiş, onun ilkin çağında bayırdan çadırvari günbəzlə örtülməsi fikrini irəli sürmüşlər. Ölüçü və nisbətləri, xüsusilə plan-məkan quruluşu onu xatirə tikilisi saymağa heç bir əsas vermir. Azərbaycanın xatirə memarlığı təcrübəsində bu tip tikili yoxdur. Abidənin dam örtüyü tamamilə dağılsa da, iç və dış quruluşu, xüsusilə günbəzaltı keçid qurşağı onun kubvari gövdəsinin çadırvari deyil, bu tip tikililər üçün xarakterik Ardı »

MəscidlərGöy məscid (İrəvan)

Göy məscid, (Ermənicə: Կապույտ Մզկիթ, Kapuyt Mzkit və Գյոյ Մզկիթ, Gyoy Mzkit; Farsca: مسجد کبود, Məscid-i Kabud) — Ermənistanın paytaxtı İrəvanda yerli müsəlmanların dua etdikləri məsciddir. 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli Xanın əmriylə tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.

Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir; və ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir. İkinci cahan müharibəsindən sonra Sovet hökümətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr Ardı »

MəscidlərDəmirbulaq məscidi

Dəmirbulaq məscidi — İrəvan şəhərinin azərbaycanlılar yaşayan Dəmirbulaq məhəlləsində XVII-XVIII əsrlərə aid müsəlman məscidi.

Şəhərin Dəmirbulaq məhəlləsində yerləşdiyi üçün Dəmirbulaq məscidi, məscid binasının üstündə düzəldilmiş günlüyə görə isə Günlüklü məscid adlanmışdır.

Məscid İrəvan şəhərinin varlı şəxslərindən olan Hacı Müzəffər Ağa tərəfindən XVII-XVIII əsrlərdə tikdirilmişdir.

1988-ci ilə qədər fəaliyyət göstərən və şəhərin dindar müsəlmanlarına xidmət edən məscid həmin ilin fevral ayında erməni millətçiləri tərəfindən hücuma məruz qalmış, talan edilmiş və yandırılmışdır. Ardı »

MəscidlərMəscid

Məscid (ərəb dilində ( مسجد } {[ mæscid ]} - "təzim yeri"[1][2]) — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi.

Məscid namaz qılınan məkanı ifadə edir.[3] Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər.

Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur. Mehrabdan sağda bir qədər yüksəkdə minbər qurulur, oradan vaiz dindarlara xütbə oxuyur, yaxud müraciət edir. Bəzi ölkələrdə məscid yanında mədrəsə də fəaliyyət Ardı »

MəscidlərMəscidlərin arxitekturası

İslam memarlığının ən dayanıqlı və inkişaf etmiş memarlıq nümunələrindən biri məscidlərdir. Əvvəlki ənənələrə sadiq qalaraq, məscidlər dövrümüzdə də inşa olunarkən aşağıdakılar diqqət mərkəzində saxlanılır:
Məscidin sahəsi gələcəyin tələblərini nəzərə almaqla müəyyənləşdirilməlidir;
Məscidin tikilişində sadəliyə riayət edilməlidir;
Məscid qeyri-müsəlmanların məbədlərinə bənzədilməməlidir.

Minarəsinə görə məscidlər bir neçə formada olur ki, onların ən tanınmışları ağaşıdakılarır:
Minarəsi küncdə yerləşən məscidlər — Kazan tatarlarının memarlığı, əsasən şəhərlərdə yerləşir;
İki minarəli məscid — iki minarəli, günbəzli məscid. Yaxın və Orta Şərq, Mərkəzi Asiya üçün daha xarakterikdir;
Minarəsi çardağında olan məscid — Çardaqdakı minarə səkkiz və ya silindrik şəklində olur. Minarə bəzən iki və ya üç mərtəbəli olur.
[redaktə]
Məscidin elementləri

Dünya üzrə qiblənin istiqaməti

Minbər Ardı »