Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanTƏFƏKKÜR YENİLİYİ: RAMAZAN

[color=#f82e00]On bir ayın kirliliyi üstümüzdə. Bu kirlilik əl kirinə, ayaq kirinə bənzəməz.
Onları yuyarsanız təmizlənərlər.
Bu kirlilik ürək kiri, zehin kiri, ağıl kiri, ən əsası isə təsəvvür kiridir.

Şüurun, təsəvvürün kirlənməsi günümüzün amansız bir xəstəliyidir. Ağlı və ürəyi kirlənən insan, bu kirliliyi, - necə olursa olsun, - toxunduğu hər şeyə bulaşdırar. Sözü, düşüncəni, duyğunu kirlədər. Kirli ağılla Quran oxusa, zehnindəki kiri ona da bulaşdırar. İbadət etsə, dadını ala bilməz.
Bu, dünyanın ən nəfis yeməyini çirkli bir qaba qoymağa bənzəyir.

Şüur və ağıl, qəlb və duyğu kirliliyi çirklənmiş bir əza qədər asan təmizlənmir. “Yuyarsan təmizlənər” deyə bilmirsiniz. Bu, digərlərindən min dəfə betər bir Ardı »

RamazanRAMAZAN VƏ BÖYÜK PLANLAR

[color=#173bd3]Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Əziz və hörmətli müsəlman qardaşlarımız və bacılarımız! Çoxlarımız mübarək Ramazan ayının gəlişini səbirsizliklə gözləyirik, bəzilərimiz isə elə planlar qurub ki, Ramazan ayında tam tərsinə 180 dərəcə halını dəyişmək istəyir. Bu isə çox böyük səhvdir. Birdən birə halı və vəziyyəti dəyişmək xətadır. Qurani-Kərimi, hədisləri və İslam və Bəşəriyyət tarixini diqqətlə oxusaq görərik ki, bütün dəyişikliklər mərhələ-mərhələ baş vermişdir.

Əlbəttə Ramazan ayı, halımızın dəyişib yaxşılaşdırılması üçün çox böyük fürsətdir və hər bir müsəlman bu müqəddəs ayın bir fürsət olduğunu dərk etməlidir. Amma bu, o demək deyil ki, dəyişmək istədiyi məqamlarla dolu səbətin hamısını Ramazan ayında boşaltsın. Halını daha yaxşı Ardı »

RamazanOruc tutmaq iqtidarında olmayan xəstə

Sual: Vərəm xəstəliyinə yoluxmuş adama oruc tutmaq çox çətindir. O ötən Ramazan ayında oruc tutmayıbsa kəffarə olaraq kasıbları yedizdirməlidirmi? Onu da bilmək lazımdır ki, bu xəstəliyin sağalmaq ehtimalı yoxdur?

Cavab: Əgər deyilən adam həmin xəstəlik üzündən oruc tuta bilmirsə və onun sağalması da imkansızdırsa onda oruc tutmaya bilər. Bunun əvəzində oruc tutmadığı hər bir günün əvəzinə imkanı varsa bir nəfər kasıbı təxminən 1,3 kq xurma, düyü və s. öz ölkəsində adət edilən bu kimi yeməklərlə yedizdirməlidir. Ardı »

RamazanVARLIQ BİR KİTABDIR - I YAZI

[color=#173bd3]“Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyuruğu ona ancaq OL deməkdir. O, da dərhal ola.” (Yasin 82)

Yaradan, var edən Allah yaratmaq üçün sözü də yaratdı. Bütün kainata dedi: İstər - istəməz vücuda gəlin. Onlar da istəyərək gəldik, dedilər. Sevgi, rəhmət xəzinəsi geniş olan bir Rəbbin buyruğuna istəmədən gəlmək necə mümkün? Ey Adəm övladı, Kainat, günəşlər, ulduzlar, yer, səmalar, üzərində olanlar sevərək və sevinərək Uca Allahın əmrinə tələsdilər. Tələsdilər və aralarında sevən xatirinə bir sevgi bərqərar edərək gözəl bir şəkildə eşitdik və itaət etdik deyərək, Mövlanın əmrinə tabe oldular. Tabe oldular, yəni təslim oldular, yəni salam halında var olaraq müsəlman oldular. Və Ardı »

RamazanQəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar

İnsan dünyaya göz açandan ömrünün sonuna kimi sıxıntı və iztirabların, təşviş və nigarançılıqların əhatəsində yaşayır. Varlıqlar içərisində insan qədər zəka və şüura malik biri olmasa da, onun qədər çətinliyə mübtəla olanı da yoxdur. İnsan həyatının bütün sahələri sürətlə inkişaf edir. Əgər bəşəriyyət əlli, yüz il bundan qabağa kimi aydan-aya inkişaf və tərəqqiyə nail olurdusa, bu gün bu tərəqqi saniyələrlə, hətta saniyənin neçədə biri ilə ölçülür. Bu gün dünyada hər saniyədə yüzlərlə yeni ixtiralar edilir və insanların maddi tərəqqisi üçün hətta çoxlarının eşitməyə belə macal tapmadığı nailiyyətlər ortaya qoyulur. Lakin bütün bunlara baxmayaraq bəşəriyyət, özünün yer üzünə qədəm qoyduğu gündən onunla "ömür-gün Ardı »

RamazanRAMAZANDA QURAN TİLAVƏTİ (OXUMAQ)

Əbu Umamə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Quran oxuyun, çünki həqiqətən də o (Quran) Qiyamət Günü (onun) əhli üçün (Quran oxuyanlar, əzbərləyənlr və onunla əməl edənlər) şəfaət edəcəkdir” (Səhih Muslim)

Bu hədis Quran oxumanın savabını, mükafatının böyüklüyünü göstərir. Həmçinin Qurandan möhkəm tutanların cənnətə daxil olmaları üçün Qiyamət Günü şəfaət edəcəyini göstərir.

Ən-Nəvə`s ibn Salma`n radiyallahu anhu rəvayət edir: “Mən Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə dediyini eşitdim: “Qiyamət günü Quran və onunla əməl edən kəslər gətiriləcək. Sonra Bəqərə və A`li İmra`n surələri onlara yaxınlaşacaq. Allahın Rəsulu sallallahu aleyhi və səlləm onların ikisi əlaqədar üç Ardı »

RamazanRAMAZANIN SONUNCU ON GÜNÜNÜN FƏZİLƏTİ

İtaət edənlərə savab verən, şükr edənlərə bol ehsan edən ALLAH`a həmd olsun. Fəzilətinin artmasını diləyərək və nemətlərinə görə Ona həmd edirəm. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, Təkdir və şəriki yoxdur. RƏBB`imizin zatı nə uca, adları və sifətləri nə müqəddəsdir. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH Onu seçmiş və üstün qılmışdır. O, ayaqlarının altı yarılana qədər RƏBB`inə ibadət etmişdir. ALLAH Ona, pak ailəsinə, seçkin səhabələrinə, tabiinə və gecə ilə gündüz onlara tabe olanlara xeyir-dua etsin.

Ey müsəlmanlar!.. ALLAH`dan layiqincə qorxun. Çünki, ALLAH`dan layiqincə qorxmaq möminlərin yolu və salehlərin xüsusiyyətidir. Qiyamət günü xilas Ardı »

RamazanOrucla əlaqəli fətvalar (6-cı hissə)

Xəstəlik və ya qocalıq üzündən oruc tuta bilməmək.

1.Sual: Anam çox yaşlı qadındır. O, Ramazan ayı daxil olmamış bir neçə gün əvvəl bərk xəstələndi və xəstəliyi onu çox taqətdən saldı. Buna baxmayaraq o Ramazanın on beş gününü oruc tutdu qalan günləri isə oruc tuta bilmədi. Onların qəzasını etmək üçün taqəti də yoxdur. Belə halda o sədəqə verə bilərmi? Sədəqə nə qədər verilməlidir? Onu da deyim ki, ona mən baxıram və əgər onun sədəqə verməyə imkanı olmasa mən onun əvəzinə sədəqə verə bilərəmmi?.

Cavab: Sağalmayan xəstəlik və ya qocalıq üzündən oruc tuta bilməyən adam orucunu açmalı və hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidir. Ardı »