Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Qurban Səid - "Əli və Nino"1-ci hissə)

1-ci hissə)

Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində oxuyarkən biz qırx tələbə idik.
Onlardan otuzu müsəlman, dördü erməni, ikisi polyak, üçü sektant, biri isə rus idi. Günün ikinci
yarısında coğrafiya dərsi keçirdik. O günədək içimizdə şəhərimizin son dərəcə maraqlı coğrafi
durumuna diqqət edən olmamışdı. Lakin indi professor Sanin zəif səsiylə bizə şəhərimizin coğrafi
durumunu başa salırdı. Biz, sakitcə oturub onun dediklərinə diqqətlə qulaq asırdıq. “Avropanın şərq
sərhədləri Şimalda Buzlu şimal okeanından, qərbdə Atlantik okeanından, cənubda da Aralıq
dənizindən keçir. Avropanın şərq sərhədi isə Rus imperiyasının içindən, Ural sıra dağları boyunca
aşağı, Xəzər dənizindən və Qafqazdan keçir. Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni
Asiyaya aid edirlər. Digər alimlər isə bu bölgəni Ardı »

Qurban Səid - "Əli və Nino"2-ci hissə)

2-ci hissə)

Gimnaziya məzunlarının buraxılış gecəsində ballarda geyinilən xüsusi uniformaların yaxaları zərlə
işlənmişdi. Gümüşü toqqalar və gümüşü düymələr par-par parıldayırdı. Biz başı açıq və səssiz
gimnaziyanın böyük zalında durmuşduq. İmtahanın təntənəli anı başlamışdı. Tələbələrin hamısı rus
pravoslav kilsəsinin tanrısından yardım diləyirdi, – baxmayaraq ki, imtahan verən qırx tələbədən yalnız
ikisi dövlət kilsəsinə mənsub idi.
Kilsənin zərli mərasim libasını geymiş, uzun saqqalı və ətirli uzun saçları olan, əlində iri qızılı xaç tutan
keşiş duaya başladı. Buxurun iyi salonu bürüdü. Müəllimlərlə dövlət kilsəsinə mənsub olan iki
tələbə bir-birlərini izləyərək diz çökdülər. Pravoslav kilsəsinin zərif musiqisi ilə söylənən kəlmələr
qulaqlarımızda sönük səslənirdi. Pərvərdigara bu səkkiz ildə biz, laqeydcəsinə və canımız sıxıla-sıxıla bu
sözlərə neçə dəfə Ardı »

Qurban Səid - "Əli və Nino"3-cü hissə)

3-cü hissə)

“Ey xan, qüdrətli əcdadlarımız bir gün özlərinə böyük şərəf və ətrafı dəhşətə gətirən ad verəcəkləri bu
diyara ilk dəfə ayaq basdıqları zaman “Qara bax!... orada qar var!” - deyə qışqırmışlar. Dağlara
yaxınlaşıb, balta dəyməmiş meşələri gördükdə isə “Qara bağ!” deyə qışqırmışdılar. Doğrudan da
dağların yamacları qara bir bağa oxşayırdı. Elə o zamandan bəri bu diyara Qarabağ deyilir. Əvvəllər ora
Aqvar, sonralar isə Sünik deyərdilər. Ey xan, indi bil ki bizim diyar çox qədim və şöhrətli bir diyardır.
Şuşada bir otağını kirayə götürdüyüm ev sahibim Mustafa kişi yenə məğrur səssizliyə qapandı. Sonra
kiçik bir bardağdan Qarabağın meyvə arağından bir qədəh içib, hörüklərə bənzər qeyri adi pendirdən
bir tikə kəsdi Ardı »

Qurban Səid - "Əli və Nino"4-cü hissə)

4-cü hissə)

Damdakı divana uzanıb məhəbbət xəyalına dalmışdım. Mənim məhəbbətim başqalarının
məhəbbətindən təmamilə fərqli idi. Mən Ninoya bulaq başında, şəlalələr yanında yox, Nikolay
küçəsində məktəbə gedərkən rast gəlmişdim. Elə ona görə də Mənim məhəbbətim babalarımın,
atamın və əmimin məhəbbət məcarələrindən çox fərqli idi. Şərqlilərin məhəbbət hekayətləri bulaq
başında və yaxud səsli-küylü şəlalələrin yanında başlardı. Qızlar çiyinlərinə səhəng alıb hər axşam üstü
bulaq başına gedərdilər. Cavan oğlanlar da bulaq başına yaxın bir yerdə dövrə vurub oturardılar. Onlar
yanlarından keçən qızlara heç gözucu da baxmadan vuruşmalardan və soyqunçulardan bəhs edən
söhbətlər edərdilər.Qızlar səhənglərini bulaq suyu ilə doldurub tələsmədən yavaş-yavaş evlərinə
qayıdardılar. Ağzına qədər su ilə doldurulmuş səhənglər çox ağır olur. Bu dolu səhəngləri Ardı »

Qurban Səid - "Əli və Nino"5-ci hissə)

5-ci hissə)

- Tez gözlərini bağla, əllərinlə qulaqlarını tut və düşüncələrinə qərq ol. Tehrandakı o gecəni
xatırlayırsanmı?
Daşdan tikilmiş böyük bir ziyafət salonu var idi, iri salonun giriş qapısı üzərində Nəsrəddin Şahın
şərəfli adı həkk edilmişdi. Salonun ortasındakı dördkünc səhnənin ətrafında oturmuş, ayaq üstə
durmuş və uzanmış vəziyyətdə olan ləyaqətli kişilər, dəcəl uşaqlar və vəcdə gəlmiş gənclərlə dolu idi.
Onlar həzrəti Hüseynin Kərbəla müsibətini göstərən şəbehə tamaşa edirdilər. Salonda işıq çox zəif
yanırdı. Səhnədə saqqallı bir mələk həzrəti Hüseynə təsəlli verirdi. Zalım xəlifə Yezid, süvarilərini
səhraya göndərir ki, həzrəti Hüseynin başını kəsib ona gətirsinlər. Nalə və şüvən səslərini qılıncların
cingiltisi kəsir. Əli, Fatma və insanlığın ilk qadını olan Həvva səhnədə gəzişib Ardı »

Qurban Səid - "Əli və Nino"6-cı hissə)

6-cı hissə)

Sıx bir duman dəniz tərəfdən gəlib şəhəri bürüyürdü. Tinlərdə yanan fənərlər zəif işıq yayırdı.
Hirsdən vurnuxan adam kimi sahil boyunca gəzməyə başladım. Duman elə sıx idi ki, insanların
üzlərini belə görmək olmurdu. Qarşıma çıxan adamlar ya etinasız və yaxud daürkmüş kimi görünüb
qeyb olurdular. Yola atılmış bir taxta tirinə ilişib, çömbəlmiş bir liman hambalının üstünə yıxıldım.
Onun mənasız baxışları çox – çox uzaqlara zillənmişdi. Hambalın qalın dodaqları tərpənirdi. O, xaş –
xaş çeynəyirdi və artıq dərin, nəşəli xəyallar içində idi. Yumruğumu onun kürəyinə əndərib yoluma
davam etdim. Limanın ətrafındakı binaların pəncərələrindən gələn işıqlar sayrışırdı. İşıqdan gözlərim
qamaşdı. Birdən yerə atılmış şüşə parçalarına ayaqlarımı basdım. Onların cingiltisinin səsindən
vahiməyə düşmüş Ardı »

Qurban Səid - "Əli və Nino"7-ci hissə)

7-ci hissə)

Böyük knyazın qoşunları Trabzona girmiş, Ərzurumu almış, Kürdüstan dağlarını aşıb Bağdad
istiqamətində irəliləyirdilər. Böyük knyazın qoşunları Tehrana, Təbrizə və hətta müqəddəs Məşhədə
belə soxulmuşdular. Artıq Türkiyənin və İranın yarısı üzərində Nikolay Nikolayeviçin zəhmli kabusu
dolaşırdı. Böyük knyaz gürcü zadəganlarının toplantılarının birində belə demişdi:
“Çarın əmrinə tabe olaraq mən, İstanbuldakı Aya Sofyanın qübbəsi üzərində qızıl Bizans xaçının öz
şan, şöhrətilə parlamayacağına qədər rahatlıq tapa bilməyəcəyəm”.
Hilal bayraqlı ölkələrin vəziyyəti yaxşı deyildi. Şəhərdə Osmanlı imperatorluğunun qüdrətindən və
Ənvər paşanın müzəffər qılıncından danışan qoçularla, hamballar qalmışdılar. İran kimi bir ölkə artıq
mövcud deyildi, bir az sonra Türkiyə adında bir ölkə də qalmayacaqdı.
Atam yaman qaradinməz olmuşdu, o, çox zaman evdə olmurdu. O, bəzən Ardı »

Qurban Səid - "Əli və Nino"8-ci hissə)

8-ci hissə)

Uçurumun kənarındakı daş bir eyvanda qəribə bir mənzərə açılırdı: küləklərin döyəclədiyi quru sarı
qayalar. İri, kələ-kötür daşlar qaba halda bir-birinin üstünə qoyularaq divar halına gətirilmişdi. Bir-
birlərinə yapışmış dörd bucaq şəklində olan sadə komalar sıldırım qayalara söykənmişdi. Bir komanın
damı, o biri koma üçün həyət rolunu oynayırdı. Uçurumun düz dibindən şırıltı ilə çay axırdı. Açıq
aydın havada qayalar parıldayırdı. Bu qayalıqların arası ilə aşağı enən daş cığır dibinə yaxınlaşdıqca
gözdən itirdi. Bura auldur, Dağıstanın bir kəndidir. Komanın içi qaranlıqdır, yerə kilimlər döşənib.
Komanın damını bayırdan iki dirək saxlayırdı. Göyün dərinliklərində qanadlarını bütöv açmış bir
qartal elə bil daşdan düzəlmişdi.
Mən balaca dam-həyətdə uzanmışdım. Ağzımda sulu qəlyanın kəhrəba müştüyü dodaqlarımın
arasında Ardı »