Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Qabriel Qarsia MarkesÖlümün o biri üzü

Ölümün o biri üzü

Nədənsə birdən o ayıldı. Sanki kimsə onu silkələmişdi.

Sübh çağı bağda açılmış çiçəklərin rahiyəsi qonşu otaqdakı bənövşə və formaldehidin kəskin iyinə qarışaraq dalğa-dalğa içəri daxil olurdu.

Yuxudan sonra o, özünə gəlməyə, sakitləşməyə çalışırdı.

Deyəsən, səhər təzəcə açılmışdı. Açıq pəncərədən görünən mavi səma da, bostandakı ləklərin suvarılması da bundan xəbər verirdi.

O, yarıqaranlıq otağa göz gəzdirdi.

Həyacanlı surətdə belə qəfildən oyanmasının səbəbini aydınlaşdırmağa çalışdı. Ona elə gəlirdi ki, o, yuxudaykən otağa kimsə girib.

Amma o, tək idi, qapı da bağlıydı: nə toxunan olmuş, nə də sındırılmışdı.

Günəşin şəfəqləri pəncərədən içəriyə süzülrdü. Bir müddət gözlərini yumub hərəkətsiz halda uzandı.

Gecə gördüyü yuxunun təsirindən gərilən əsəblərini sakitləşdirməyə, rahatlığını bərpa etməyə səy etdi. Ardı »

Qabriel Qarsia MarkesMəhəbbət əvəzinə ölüm labüdlüyü

Məhəbbət əvəzinə ölüm labüdlüyü

Senator Onesimo Sançes həyatının qadınına rast gələndə ölümünə altı ay on bir gün qalmışdı.

O həmin qadını Vitse-krallığın Qızılgül Bağında, ikiüzlü Yanusa bənzər kənddə görmüşdü: gecələr bu kənd uzaqdan üzüb gələn qaçaqmalçı gəmilərə sığınacaq verən limanıydı, gündüzlər isə səhrayabənzər dənizin sahilindəki düzənliyin qütbləri bilinməyən, heç nəyə yaramayan bir guşəsi kimi görünürdü.

Kənd dünyada hər şeydən o qədər uzaq düşmüşdü ki, burada kiminsə taleyini dəyişməyə qadir olan bir kimsənin yaşaması heç kəsin ağlına gəlməzdi. Görünür adı da kəndə masqara üçün verilmişdi: çünki nə vaxtsa camaatın burda gördükləri ilk qızılgülü axırda Laura Farinayla tanış olduğu həmin gün senator Onesimo Sançes gətirmişdi.

Dörd ildən bir keçirilən seçki Ardı »

Qabriel Qarsia Markesİsabel Makondada yağışa baxır

İsabel Makondada yağışa baxır

Bazar günü , ibadətdən sonra hava birdən – birə dəyişdi .Gecə bürkü idi. Hətta səhər tezdən heç kəsin ağlına gəlməzdi ki , bu gün yağış yağa bilər . Biz – qadınlar kilsədən çıxıb , çətirləri açmağa macal tapmamış , acı qara yel qopdu və bir anın içində toz - torpağı , mayın quru qar – qabığını silib – süpürüb göyə sovurdu. Yanımda kimsə :
- Yağış yağacaq , - dedi.
Bunu mən artıq bilirdim. Kilsədən çıxhaçıxda iimdə duyduğum qəribə bir soyuqdan bütün bədənim əsdi . Kişilər bir əli sombrerolarında , bir əli üzlərini örtən yaylıqda yaxınlıqdakı evlərə tələsdilər .Sonra selləmə yağış tökdü və Ardı »

Qabriel Qarsia MarkesÜç somnanbul üçün kədər

Üç somnanbul üçün kədər

İndisə orada, evin uzaq bir küncündə kimsəsizdir.

Biz hələ şeylərini – meşə qoxusunu heç itirməmiş paltarıyla, pis havalarda geydiyi quştək yüngül ayaqqabısını gətirməmişdən qabaq kimsə bizə demişdi ki, bu qadın iyi-dadı olmayan ləng həyata alışa bilmir, o həyatın ən cazibədar şeyi sərt tənhalıqdır, daim onun çiyinlərini əzir, sanki daş və əhəngdən tökülüb.

Kimsə bizə demişdi – və biz bunu xeyli vaxt keçəndən sonra xatırladıq ki, nə vaxsa onun da uşaqlığı olub.

Ola bilsin, onda deyilənə sadəcə inanmamışdıq.

Amma indi, barmağını dodaqlarına tutub, təəccüb dolu gözlərlə baxaraq küncdə oturduğunu görəndə başa düşdük ki, doğrudan da nə vaxtsa onun uşaqlığı olub; az ömürlü yağış soyuğunu bilib və Ardı »

Qabriel Qarsia MarkesMavi itin gözləri

Mavi itin gözləri

O, diqqətlə mənə baxırdı, mənsə, bu qızı əvvəllər harda gördüyümü yadıma sala bilmirdim.

Onun nəm və məyus baxışları kerosin lampasının titrək işığında parıldadı və mən xatırladım ki, bu otaq və bu lampa hər gecə yuxuma girir, hər gecə burda iztirablı gözləri olan bu qızla görüşürəm.

Hə-hə, mən hər gecə yuxu ilə gerçəkliyin qeyri-müəyyən sərhəddini aşaraq məhz onu görürəm.

Stula söykənib ağırlığımı onun arxa ayaqları üstündə tarazlaşdıraraq siqaret axtarıb yandırdım, acı tüstü halqaları havaya qalxdı. Biz susmuşduq.

Mən stulda yırğalanır, o isə ağappaq uzun barmaqlarını lampanın şüşəsində qızdırırdı.

Onun göz qapaqlarında kölgələr titrəyirdi. Mənə elə gəldi ki, nəsə deməliyəm, odur ki, fikirləşmədən dilləndim: "Mavi itin gözləri".

O da Ardı »

Qabriel Qarsia Markesİri qanadlı çox qoca adam

İri qanadlı çox qoca adam

Üç gün idi ki, yağış kəsmirdi və onlar evin içinə doluşan dəniz xərçənglərini çölə atmağa güclə macal tapırdılar. Əvvəl birlikdə xərçəngləri çomaqla vurub keyidir, sonra da Pelayo su basmış həyətdən sürüyüb dənizə atırdı.
Ötən gecə körpənin qızdırması da qalxmışdı. Yəqin ki, bunun səbəbi hədsiz rütubət və həyəti bürümüş üfunət idi. Çərşənbə axşamından bəri sanki bütün dünya sıxıntıya qərq olmuşdu. Səma ilə dəniz bir-birinə qarışıb kül rəngli boz bir kütləyə çevrilmiş, mart ayında qum dənələri parıldayan çimərlik isə palçıq və çürümüş molyuskalardan əmələ gələn horraya dönmüşdü, hətta günorta belə işıq o qədər tutqun idi ki, Pelayo pstionun o biri başında tərpəşən və inildəyən Ardı »