Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

İlqar FəhmiAtvyorka söhbəti

Atvyorka söhbəti

Mən bu hekayəni klassik qaydada başlasaydım, gərək əvvəl təbiət təsvirini verərdim.

Amma bunu bunları eləməyə məndə nə həvəs, nə də istedad var.

Zəhləm gedir təbiətdən də, onun təsvirindən də. Ona görə də, bu vaxtacan Bakıdan kənara çıxmamışam.

Lakin əgər sən, əziz oxucu, qədim ədəbi ənənələrə sadiq adamsansa və hekayənin əvəllində təbiət təsvirinə əşhəddü-ehtiyac hiss edirsənsə, onda zəhmət çək, başını pəncərədən bayıra çıxart və təbiətin hansı vəziyyətini görürsənsə, hesab elə ki, mən də hekayəmin əvvəlində həmin şeyi təsvir edirəm.

Məncə bu sənə o qədər də çətin olmaz. Babam demişkən, üzüyünün qaşı düşməz.

Təbiət təsvirini yola verəndən sonra mən yenə də qədim ənənələrə uyğun olaraq baş qəhrəmanımı təsvir Ardı »

İlqar FəhmiGörüş....

Görüş....

Əvvəlcə ağzı qurumağa başladı. Yavaş-yavaş dili taxtaya döndü. Udqunmağa çalışdı. İki-üç cəhddən sonra başa düşdü ki, heç nə alınmayacaq. İstədi gedib həyətdəki krandan su içsin. Ayağa qalxa bilmədi. Güclə gözlərini açdı. Gözləriylə ayaqlarını axtardı. Ayaqları gözünə dəymədi. Əlləriylə ayaqlarını yoxlamaq istədi. Bu da alınmadı. Deyəsən əlləridə yox idi. Möhkəm qorxdu. Uşaq vaxtı həmişə dozanqurdunun əl-ayağını qopardıb yerə atırdılar və bir iki saat qarışqalar yazıq qurdu diri-diri yeyib qurtarırdılar. O da uşaqlarla birgə doyunca deyib gülürdü.

İndi də ağlına gəldi ki, bəlkə onun da əl ayağını kəsib atıblar. Canını üşütmə basdı. Yəqin indi qarışqalar gələcək. Birdən yadına bayaq evdə anasının ona dediyi söz Ardı »