Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Qəşəm NəcəfzadəBənövşə

Bənövşə

Hələ axırıncı yüzü içmirdi, qabağına qoyub düşünürdü: «Onsuz da Qasım kişi çıxmadı, bu dünyanın özü kişi deyil, arvaddı. Qasım da onun qarnından çıxıb. Orda-burda «aktiv» deyə-deyə özünü gözə dürtdü. Onun içini mən bilirəm, atası, anası kimdi, mən bilirəm».
Pişik üzünü onun qıçına sürtdü. Qucağına alıb, pişiyi öpdü. «İnsanlarda inam azalıb, heç kəs mənə inanmır, bir söz deyəndə gərək and içəsən, sən öl vurasan, ananı qəbirdən çəkib gətirəsən».
Birdən stəkandakı araqda bir tük göründü, iriləndi və nazik yaşıl ota oxşadı. Bir ay bundan qabaq da belə olmuşdu, içdi, içəndən sonra həmin hadisə baş verdi.
Gördüyü qələm kimi qızlar xoşuna gəlirdi. Yüngülvari evlənmişdi. Bir il yaşadıqdan Ardı »

Qəşəm NəcəfzadəPapaq

Papaq

Nadir yüyürüb məktəb direktoruna dedi ki, fotomüxbir gəlir. Məktəb direktoru da dərs hissə müdirinə tapşırdı ki, hazır olun. Şahmar müəllimi tapın, yuxarıdan tapşırıblar, onun şəklini çəkəçək. Medalı-zadı var. Dərs hissə müdiri dedi ki, Şahmar iki gündür yoxdu.
Daha hamı bildi ki, "şəkilçəkən" məktəbə niyə gəlir, nədən ötrü gəlir. Şagirdlərə başa saldım ki, bu foto-müxbir nə deyən şeydir, Hamı üst-başını, qaş-gözünü düzəltdi.
Direktor bizim hamımızı çağırdı, söhbət elədi, silahlandırdı. Yuxarıdan gəlir - Bakıdan, məşhur fotomüxbirdi. Ona görə də diqqətli olun.
Mən soruşdum:
Görən daha nəyi çəkəcək?
Direktor dedi ki, hər şeyi çəkə bilər, ixtiyarı var, baxır onun gözünə.
Səs gəldi. Maşın məktəbin həyətində dayandı, qapını açıb foto-müxbiri düşürtdülər. Ardı »

Qəşəm NəcəfzadəGülümsəyən ağac

Gülümsəyən ağac

Elə bil Əliş bir udum işığı torpaq altına aparmaq istəmədi.
Gözlərini açdı.
– Ölürəm aaz, a Telli, gücüm canımdan yavaş-yavaş əkilib gedir. İşdi ölüb-eləsəm, gədəni prokurorluğa qoyarsan ha!
Tellinin üzünün bir tərəfində gün çıxdı, bir tərəfində çay axdı.
– Ölməzsən, ay kişi, Allah eləməsin. O ili də belə olmuşdun. Yaz gəlir, qan qaynayır.
Əliş dünyanın bir tərəfi kimi böyrü üstə yıxılmışdı. Canından həyat küsmüşdü. Ölüm yeriyirdi canının üstüynən.
– Ağız, yenə deyirəm, bənkdəki pulu götür, gədəni instituğa qoy. Qorxma, mən də tezliklə ayağa qalxacam.
Sonra ürəyində fikirləşdi: «Ay Telli, torpağın üzü soyuq olsa da heç nəyi itirmir…»
– Gələcəm, azz, mən də dalınca gələcəm. Mütləq gələcəm, – dedi. Sonra Ardı »

Qəşəm NəcəfzadəAy ürək

Ay ürək

İki ayağını bir başmağa dirədi ki, alacam. Vəssalam!
Arvad çox yalvardı:
– Əşi, müəllim adamsan, motosiklet sənin harana yaraşır? Xalq «Jiquli» alır, «Qaz-24» alır. Sən də durub qocalıqda yorğalıq eləyirsən?
Mümkün olmadı. Mütləq almalıydı. Özü də ilk dəfə tərkinə oğlu Kazımı mindirməliydi. Adlı-sanlı «Volqa»ları ötməliydi. Nərgizgilin çəpərinin yanından sürətlə keçməliydi.
Birdən nəsə «dızz» elədi. Nərgiz:
– A bala, o kimiydi? – soruşdu.
– Mama, Cəmil müəllimdi, təzə «tırtır» alıb. Yüznən sürür ey!..
Kənddə qıy çıxmışdı ki Cəmil müəllim motosiklet alıb. «Bu gələn Cəmil müəllimdir», «Balam, Cəmil müəllim görünmür, bəlkə avariya-zad eləyib», «Nahaq ikitəkərli alıb, gərək üçtəkərli alaydı »,– söz-söhbəti dillərdə hallanırdı.
Motosiklet almaq onun uşaqlıq arzusuydu.
Çəpərləri, sərhədləri aşıb getmək Ardı »

Qəşəm NəcəfzadəQırmızı çanta

Qırmızı çanta

Bacıma məktəb çantası almaq istəyirdim. Həmişə bacımın çanta pulu cibimdə darıxırdı. Həmişə o pul bütün pullarımdan seçilərək cibimin bir küncünə toplanırdı. Kim bilir, bəlkə də əcəl neçə dəfə məni bacımın çanta puluna bağışlamışdı.
Əvvəlçə mağazalara baxdım. Xoşuma gələn çanta olmadı ki, olmadı. Özümü bazara verdim. Kök bir arvadın əlindəki qırmızı çanta məni çağırırdı. Lap gözəl çanta idi. Arvada yaxınlaşdım.
—Ay xala, neçəyədi bu çanta?
—Bıy, xalan boyuna qurban, Heç neçəyə. On beşdən satmışam, ona götür.
Düzü, çox baha idi. Öz qiyməti altı manat olardı, ya olmazdı.
—Çox baha verirsən, xala.
—Baha deyil, xala sənə qurban. Üstümüzə o qiymətə çıxır.
Nə qədər çalışdım, çantanın qiymətini yendirə bilmədim. Cibimi tökdüm. Ardı »