Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Rey BredberiÖlüm və qız

Ölüm və qız

Hekayə uzaq-uzaq diyarlarda, meşələrin, dağların o üzündə bir qarı yaşayırdı. Düz doxsan il bağlı qapılar arxasında ömür sürmüşdü. Heç kimə qapı açmamışdı - nə əsən küləyə, nə yağan yağışa, nə sırtıq sərçələrə, nə də ki, bicbala oğlanlara. Qapısının dirəyini taqqıldadan hər kəs ondan bu sözləri eşitmişdi;
- Cəhənnəm ol, ölüm!
-Mən ölüm deyiləm! - qapı döyən qışqırmışdı.
Qarı isə cavabında demişdi:
- Yox, mən səni yaxşı tanıyıram. Ölümsən, amma qıza çevrilmisən. Yanağındakı çillərin altından qabarmış sümüklərini görürəm!-
Və yaxud bir başqası qapını astaca döyürdü:
Görürəm, səni yaxşı görürəm. Ölüm, - qarı bağırırdı. - sən daşyonana çevrilmisən! Qapını üç yerdən bağlamışam, iki cəftəylə bərkitmişəm. Yapışqanlı kağızla bütün dəlmə-deşiyi Ardı »