Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Süleyman Sani AxundovQonaqlıq

Qonaqlıq

ol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü.
Hökumətin sütunu kimdir?

- Əlbəttə, bəylər! - Ev sahibi dedi. - Biz nücəbasız hökumət yaşaya bilməz.

Hökumətin sütunu bizik.

Tacir dedi:

- Ticarət olmazsa, pul olmaz. Pulsuz da heç bir hökumət yaşaya bilməz.
Hökumətin sütunu biz tacirlərik.
Alim dedi:

- Hökumətləri yaşadan bilikdir, onsuz heç bir quruluş davam edə bilməz,
pozulub məhv olar. Hökumətin sütunu alimlərdir.
Ruhani dedi:

- Rəiyyəti hökmranlar itaətində saxlayan, onlara tabe etdirən biz ruhanilərik.
Bizsiz əxlaqlar pozular, üsyanlar qalxar, qanlar tökülər, hökumətlər də yıxılar.
Bizik hökumətin sütunu.

Zabit dedi:

- Söylədiklərinizi təsdiq edirəm. Lakin düşmən vətənin üstünə hücum etdikdə,
döşlərini verib onu müdafiə edən kimdir? Əlbəttə, biz.
Hökumətin sütunu biz əsgərlərik.

Qonaqlar eyvana çıxıb Ardı »

Süleyman Sani AxundovBax mən buna yoxam

Bax mən buna yoxam

İbrahim çadra, papaq və əski əlifba əleyhinə təşkil olunmuş mədəni hücum kampaniyasında iştirak edərək çox çalışdığı üçün artıq yolurmuşdu. Mənzilinə qayıdarkən, rəfiqi Qulamgildə bir qədər dincini almağı və onun xəstə oğlunu yoluxmağı qət etdi.
Qapıdan içəri daxil olduqda Qulamdan başqa, qısaboylu, ortayaşlı, başında 60-70 manata dəyən bir papağı olan həkimi masa üzərində oturub, resept yazan gördü.

Qulam ilə salamlaşıb xəstə çocuğunun halını sordu.
- Mədəni hücum kampaniyanız nə cür keçdi? – deyə Qulam sordu.
- Çox gözəl və şənlikli keçdi, - deyə İbrahim cavab verdi. Doktor üzünü ona
çevirib dedi:
- Məncə küçələrə düşüb "çadra daloy" deməyin heç mənası yoxdur. Belə şeylər
öz-özünə məhv olub gedəsidir. Burada inqilab Ardı »

Süleyman Sani AxundovÜmid çırağı

Ümid çırağı

İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ bəşında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı.

Yalnız iki balaca otaqdan: yalnız yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi.

Pencərədən çırağın zəif şöləsi bağçaya düşərək oranın zəngin böcək və
pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif
əndamlı, sarımtıl bənizli, qıvırcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab
oxuyur, ! ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman
uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət
belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb
pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını Ardı »

Süleyman Sani AxundovCəhalət qurbanı

Cəhalət qurbanı

Səkkiz yaşında uşaq ikən "Seyidli" adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.

Bir gün əmim oğlunun altı yaşlı oğlu ilə həyətimizdə oynarkən palanlı ata minmiş bir qocanı dərvazamızın ağzında durmuş gördüm.

- Baba, kimi istəyirsiniz? - deyə soruşdum. Cavabından məlum oldu ki, əmim
oğlu ilə görüşmək istəyir. - Buyurun içəriyə, - deyə mən əmim oğluna xəbər
verməyə qaçdım. Qoca, əmim oğlu ilə görüşdü, salamlaşdı. Mən də yoldaşım ilə
oynamağa məşğul oldum. Bir qədər söhbətdən sonra salamatlaşıb, "allah sizdən
razı olsun, mən qocanı ümidsiz qaytarmadınız" – deyə atını minib getdi.
Bundan bir neçə gün sonra həmin qoca, üstünə on dörd yaşında bir Ardı »

Süleyman Sani AxundovYuxu.....

Yuxu.....

Yuxumda özümü bir qaranlıq yerdə gördüm.

Gözlərim heç şey seçmirdi. Lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim.

Bir müddət keçərək gözlərim zülmətə öyrəşdi. Yavaş-yavaş ətrafımdakı əşyanı seçməyə qadir oldum.

Müqabilində bir səhra açıldı, orada qoyun sürüsü göründü.

Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm: qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib guya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət yox idi. Mən təəccübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim.

Meşədə çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta çayın suyu görünərək sanki yuxuya dalıb Ardı »

Süleyman Sani AxundovMister Qreyin köpəyi

Mister Qreyin köpəyi

Puan Qay, Xan Qou şəhərinin Nan Si çayının sahilində əski bir daxmada qoca anası ilə yaşayırdı. Bu gənc, küçə aktyoru idi, Öz şagirdi balaca Sen O ilə
bazarlarda, şənlikli küçələrdə, çayxanalarda oyun çıxartmaq, məzhəkə yaratmaq və mahnı oxumaqla, gündəlik ruzisini qazanardı.

Bəxti gətirib 60-70 qəpikdən çox qazananda, o axşamı, çörək və soğandan əlavə, balıq da alıb şad evlərinə gələrdi və küçədən həyətə daxil olduqda "Ana can,
yuy... yuy..." deyə onu səslərdi.

Puan Qayı çinlilər sevərdilər, lakin avropalılar onu görmək belə istəməzdilər, çünki Puan Qay onların pis xasiyyətlərini, məğrurluqlarını, çinlilərə edilən zülmü
pontamimi tərzi ilə gözəlcəsinə göstərib xalqı güldürürdü. Bunun üstə Puan Qay avropalılar tərəfindən neçə dəfə Ardı »

Süleyman Sani AxundovNə üçün

Nə üçün

Axşamçağı, 1905-ci il yanvarın 8-də, Vasilyevski cəzirəsi küçələrindən birində uçuşan, sovrulan qarlarla əlləşərək, şiddətli dondurucu ruzgarlarla boğuşaraq, işçi
bir qadın mənzilinə qayıdırdı. Bu qadının çöhrəsində bir məyusluq görünürdü, onu gözləyən ac uşağına bir parça da olsa çörək tapmamışdı, kiçik qızcığazının yanına əliboş gedirdi.

Qadın gəlib mənzilinə çatdı. Donmuş əli ilə qapını döydü. Balaca Lena çox çətinliklə qapının cəftəsini açıb anasını içəri buraxdı.

- Anacığım, yemək gətirdinmi? - deyə uşaq soruşdu.
- Toxda, balacığım, qoy donmuş əzamı bir isidim, - deyə Vera üst paltarını çıxarıb bir mitil əsgi yorğana büründü, lakin qapı və pəncərə arasından soxulan
ruzgar rütubətli, soyuq və balaca otağı elə soyutmuşdu ki, Vera yorğanın Ardı »

Süleyman Sani AxundovTəbrik

Təbrik

Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.

Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac
daxmalarda yaşayan kəndliləri hökumət vergisi adına soyaraq özü üçün böyük
dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Rüşvətxor çar məmurları seçki zamanı onun tərəfini saxladıqları üçün, məzlum
kəndlilər hər iki qüvvədən qorxaraq Hümmətəlinin ziddinə getməyə cürət edə
bilməzdilər, o da kəndxuda seçilərək hökmranlığını sürərdi.
Son zamanlarda qonşu kənddə Ardı »