Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Xuraman VəfaSevgi qədəhini sındıracağam

Sevgi qədəhini sındıracağam

Səndən mənə ancaq rəsmlər qalıb,
Onu da bu gəcə yandıracağam.
Bir zaman verdiyin bəxt üzüyünü,
Çıxarıb özünə qaytaracağam.
Səni ürəyimdən bır yolluq silib,
eşqimə bir məzar qazdıracağam.
Adını sevdanın qatili qoyub,
ismini daşlara yazdıracağam.
Bir gəcə yarısı gərı dönəndə,
Qapını üzünə bağlayacağam.
Nəcə ürəyimdən vurmusan məni,
Səni də qəlbindən dağlayacağam.
İndi kiminləsən, hardasan bilməm,
Tək onu bilirəm çox – çox pəşmansan.
Hansı məyxanədə gecələsən də,
Qəlbində xəyalən mənə məhmansan.
Düşünmə ayrıldıq, bu son görüşdür,
Mənimlə hələ çox görüşəcəksən.
Unutma bir Vəfa borcun var mənə,
Onu da mənimlə bölüşəcəksən. Ardı »

Xuraman VəfaBəs niyə unuda bilmirəm səni

Bəs niyə unuda bilmirəm səni

Sən ki, qərarını verib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Məni ürəyindən silib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Talanıb eşq adlı sərvətim, varım,
Yalqızam, yanıma düşüb qollarım.
Artıq sənsizləşib ömür yollarım,
Bəs niyə unuda bilmirəm səni?
Üz-üzə qalmışam kədərlə, qəmlə,
Bacara bilmirəm mən öz qəlbimlə.
Deyəsən, taleyim küsüb mənimlə,
Bilmirəm, unuda bilmirəm səni.
Sənli xatirələr boynunu bükür,
Hicran kərpic-kərpic qəlbimi sökür.
Həsrətin gözümdən qanlı yaş tökür,
Bilmirəm, unuda bilmirəm səni.
Təklik əzabından usanıb canım,
Qırılıb ümidim, itib gümanım.
A zalım, düz sözü mən necə danım,
Vəfayam, unuda bilmirəm səni. Ardı »

Xuraman VəfaÜmid qapısında.....

Ümid qapısında.....

Qayrar, gözlərimi özumə qaytar.
Gözundə həbs olub, qara gözlərim
Min bəla gətirdin başıma mənim,
Qaytar, urəyimi özumə qaytar.
O ilıq nəfəsin qalıb canımda,
Sellərtək çağlayır, axır qanımda.
Sən ki bələ gündə yoxsan yanımda,
Qaytar, ürəyimi özümə qaytar.
Gərək bəxt adamı yadına salsın,
Küsüb ağlayanda könlünü alsın.
Nəyi vərmişəmsə qoy səndə qalsın,
Qaytar, ürəyimi özümə qaytar.
Bir gün üzə gülüb, xoş dindirmədin,
Qəlbimi ovudub sevindirmədin,
əzəldən sən mənə huzur vərmədin,
Qaytar, ürəyimi özümə qaytar.
Dövran imtahana çəkir Vəfanı,
Səngimək bilməyir eşqin tufanı.
Mən cəfanı çəkdim, yadlar səfanı,
Qaytar, ürəyimi özumə qaytar. Ardı »

Xuraman VəfaKüsməyəcəyəm.....

Küsməyəcəyəm.....

Sön dəfə baxıram sənlə göz- gözə,
Göz yaşım axsa da silməyəcəyəm.
Sənə dərd ortağım dəmisdim bir vaxt,
daha dərdlərimi bölməyəcəyəm.
Bəhanə axtarıb nə söyləsən də,
Susacam qarsında dinməyəcəyəm.
Bilirəm gətməyə qərar vərmisən,
Gətmə, yanımda qal dəməyəcəyəm.
Gət, hara istəsən, yaxsı yol sənə,
onu bıl arxanca gəlməyəcəyəm.
Həsrət qılınc kimi kəssə də məni,
Sənin qədəminə enməyəcəyəm,
Nələr yaşamadım mən bu həyatda,
Sənsiz yaşasam da ölməyəcəyəm.
Mənim də könlümü alan olacaq,
Sanma səndən sönra gülməyəcəyəm.
Tək ucalan qala möhtəşəm olur,
Hər çıxan tufandan çökməyəcəyəm.
Bir saray tikəcəm, amma yanından,
Bu uçuq komanı sökməyəcəyəm. Ardı »

Xuraman VəfaUnudacağam...

Unudacağam...

Çox peşman olsam da sevmişəm səni,
Sevgini ürəkdən danmağ olmayır.
Ümidin, inamın itənden sonra,
Bir də eşq oduna yanmaq olmayır.
İndi sənin ilə yaşananları,
Bir- bir yada salıb xatırlayıram.
Sənli günlerimin xatirələrin
Ömür kitabında varaqlayıram.
Ən böyük səhvimdir səni sevməyim,
Gərək sənə belə inanmayaydım.
Dərdindən ölürəm deyən dilinə,
Şirin vədlərinə aldanmayaydım.
Nəyləyim, zənnimdə yanılsam da mən,
Birtəhər özümü dilə tutacam.
Bu səvən qəlbimə qara daş basıb,
Səni ürəyimdən silib atacam.
Sonra xəyal qurub xəyallarımla,
Üz – üzə, göz – gözə oturacagam.
Nəcə səvmişdimsə bir zaman səni,
Sevdiyim kimi də unudacağam. Ardı »