Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Əliağa VahidBəs nə deyim?

Bəs nə deyim?

Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?

Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

Çırpınır quş kimi hər zülfünü gördükcə könül,
Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?

Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,
Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?

Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!
Sənə güldən də mən əla deməyim, bəs nə deyim?

Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim? Ardı »

Əliağa VahidTələsmə...

Tələsmə...

Səbr eylə könül, möhnəti hicranə tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.

Kam almayacaq ayrılığa bais olanlar,
Aşiq yetəcək sevgili cananə tələsmə.

Pərvanə əgər yansa da şəmin sitəmindən,
Şəmin də yaxar ömrünü pərvanə tələsmə.

Zahid çalışır yıxmağa meyxanə binasın,
Məscid qalacaq, əksinə, viranə, tələsmə .

Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,
Bülbül gələr əlbətdə gülüstanə tələsmə.

Gündən-günə artır bu gözəl huriliqalar
Dünya dönəcək cənnəti rizvanə tələsmə.

Vahid içəcəksən demə ki tövbələr olsun,
Cəlb eyləyər axır səni meyxanə tələsmə. Ardı »

Əliağa VahidGözəldir...

Gözəldir...

Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün - elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir. Ardı »