Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Mirzə Fətəli AxundovA.S.Puşkinin ölümünə Şərq poeması

A.S.Puşkinin ölümünə Şərq poeması

Gecə etdim uyqumu kənar,
Sordum:
“Ey sir çeşməsi-ürəyim, nə var?
Nədən ötməz bağçanın şeyda bülbülü,
Nədən qılmaz nitqinin tutisi göftar?
Şeir yolun, söz yolun yoxsa kəsilmiş.
Hanı xəyal qasidin, o yüngül çapar?
Yaz gəlmiş; hər tərəfdə çəmən qızları,
Bəzənib, camalını etmiş aşikar.
Çevrilmiş çayır, çəmən bənöfşəliyə
Bağda odlu qönçələr açmış budaqlar.
Çöl gəlini bəzənmiş; dağlar onunçün
Ətək-ətək çiçəkdən cəvahir saçar.
Başını tac qoyub da şükufələrdən,
Oturmuş ağacların şahı pürvüqar.
Süsən, zanbaq içirlər æalə şərabdan.
Lalə qədəhlərində təkrar...təkrar...
Göy çəməni yasəmən öylə donatmış,
Nərgizin süzgün gözü baxsa qamaşar.
Dimdiyində töhfəsi-gül yarpağından
– Xoş gəldin, deyə bülbül ötər bəxtiyar.
Bəstəkəmər buludlar sular gülşəni.
Ətirli dan yelləri olmuş bir əttar.
Yumşaq səslərlə quşlar deyir səbzəyə;
– Götür torpaq pərdəni üzündən, ey yar!
Həpsinin əli dolu, həpsi sevdalı,
Bu bazarda nə Ardı »

Mirzə Fətəli AxundovZəmanədən şikayət

Zəmanədən şikayət

Fəsad ilə dolu göylər edərkən tərsinə dövran,
Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
Şərabım – qanlı göz yaşı, gözün peymanəsi – badəm,
Yerim bir külxən olmuşdu, ənisim ah ilə əfqan.
Kimə mən üns ilə baxdım, məni təshifi yandırdı.
Kimə qəlbimdə yer verdim, məni qovdu kənarından.
Kimə mən yar dedim dərhal mənə o döndü nar oldu.
Vəfa umdumsa hər kəsdən cəfa etdi mənə hər an.
Hər hansı qapını döydüm, məni rədd etdilər dərhal,
Haranı mənzil etdimsə, o mənzil oldu bir zindan.
Ümidlə baxdığım dostlar mənə xor baxdılar, əfsus!..
Təsəlli axtaran qəlbim buna heç tapmadı imkan.
Kimə mən dost dedim, gördüm dönüb öz düşmənim oldu.
Kimə mən ram oldumsa, dönüb mar oldu biiman.
Həyatdan bunca bezdim ki, gəlib Ardı »