Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Seyid Əzim ŞirvaniAlimləri Məzəmmət edən cahillərə

Alimləri Məzəmmət edən cahillərə

Saqi, mey ver bizə kim, dövlət olub yar bu gün,
Şövqdən cünbüş edir sabitü səyyar bu gün,
Dövr edər vəcd ilə nöh gümbədi-dəvvar bu gün,
Mən gərək nuş qılam badeyi-gülnar bu gün,
Badə içməkdə mənim bir qərəzim var bu gün.
Etmişəm tövbə egər badəvü tərsadən mən,
Keçmişəm deyrü kinişt ilə kəlisadən mən,
İçmişəm badeyi-rəngin xümi-İsadən mən,
Olmuşam indi xəbər badeyi-mövladən mən,
Meyi-mövladən elə sağəri sərşar bu gün.
Badeyi-Müstəfəvi xümdə edər cuşü xüruş-
Ki, səfasından onun qarət olur taqətü huş,
Badədir ruhi-xuda, saqiyi-gülçöhrə Süruş,
Aləmə nəşri-maarif eyləyir badəfüruş,
Açılıb rəhmət ilə xaneyi-xəmmar bu gün.
Piri-meyxanə meyi-nabə işarət eylər,
Dürdnuşani-vilayatə bəşarət eylər,
Dini təkmil qılıb kəsfi-kəramət eylər,
Muxtəsər, aləmə təbliği-risalət eylər,
Faş olur mərtəbeyi-Heydəri-Kərrar bu gün.
Mən də peygəmbəri-namursəliyəm Şırvanın - .
Ki, gərək Ardı »

Seyid Əzim ŞirvaniŞirvanın təzə bəyləri haqqında

Şirvanın təzə bəyləri haqqında

Çünki xəllaqi-cahan xilqəti-imkan elədi,
Kənzi-məxfidə olan sirri nümayan elədi,
Mənbeyi-feyz idi, bu aləmə ehsan elədi,
Kimini eylədi heyvan, kimi insan elədi.
Ənbiya silkini sərdəftəri-dövran elədi.
Əqli sultan yaradıb, qıldı həvasi xüddam,
Qəlbi-insanı edib hikmət ilə ruhə məqam,
Xilqəti-aləmə çün feyzini göstərdi təmam,
Ta qoya aləmə ol qadirü qəyyum nizam,
Bəzini xan eləyib, bəzini sultan elədi.
Sirri-hikmətdi bu iş kim, hamı kəs xan olmaz,
Xar lazımdır ola xar, gülüstan olmaz,
Xan xar etmək üçün xaliqə nöqsan olmaz,
Hamı kəs bəy ola bilməz, hamı kəs xan olmaz,
Hikməti-kamiləsin həq belə şayan elədi.
Mülki-Şirvan bu diyarın ki, gülüstanı idi,
Mustafa xani-fələkşovkət onun xanı idi.
Bu diyar əhli onun tabeyi-farmanı idi,
Var idi bir neçə bəylər ki, onun canı idi,
Onların hər birinə bir Ardı »

Seyid Əzim ŞirvaniBir nəfər dosta yazılan zarafatdır

Bir nəfər dosta yazılan zarafatdır

Alicaha, qənimin qadiri-sübhan olsun
Qəzəb ayatı sənə ayeyi-Quran olsun.
Səni suzan eləsin ayeyi-fihün fihi,
Mənzilin ruzi-cəza əsfəli-niran olsun.
Düşəsən dur görüm sən bu imarətlərdən.
Yatacaq yer sənə bir künci-dəyirman olsun.
Ay ötə, həftə ötə, heç dilüvə dəyməyə ət,
Bilmənəm il dolana bəlkə ki, qurban olsun.
Gozəsən küçələri, gəşt edəsən şamü səhər,
Bir qəpikdən ötəri göz yaşin əfşan otsun.
Yastığın qırmızı kərpic, döşəyin köhnə həsir,
Bir dənə yırtıq əba üstüvə yorğan olsun.
İstirahətlə sənə olmaya bir mənzili-xas,
Camədar Mirzəli tək mənzilin külxan olsun.
Can verəndə yığıla üstüvə cinn ilə pəri
Əməlin kisəsinin məxzəni şeytan olsun.
Şatır Abdulla, Qubuş Qarə nənə , Şölti Təqi,
Qardaşım vay! – deyib, üstündə nəvaxan olsün.
Nə ki.... var isə qənşərində zikr desin,
Əl çalan Cəfər Ağa, Ardı »

Seyid Əzim ŞirvaniHümayini həcv

Hümayini həcv

Ey Hümayi, bu nə ətvardi izhar elədin,
Çərxi-bədmehr kimi zülmü pədidar elədin,
Sübhi-kazib kimi sadiq yüzünü tar etədin,
Sadiqin sabiti-əşkin yüzə səyyar elədin,
Şəfəqi-əşk ilə rüxsarını gülnar elədin?
Dostluqda nə üçün gozləmədin əndazə,
Düşmən oldun niyə ol sərvqədü tənnazə,
Qəleyi-Şişəyə saldın gedibən avazə -
Ki, filani rüxi-zibayə urardı ğazə,
Şahidi-qismətə məşşatəlik izhar elədin.
Sadiqin naməsi gəldi mənə, ey talibi-raz,
Sanki yazmışdı onu naz ilə Məhmudə Əyaz,
Leyk başdan-ayağa şikvə idi, suzü güdaz,
Görünür eşqi-həqiqin demisən eşqi-məcaz,
Ey bəradər, nə üçün sən belə rəftar elədin?
Sadiqin vəsfini dastanə gətirdin sən özün,
Gedibən kişvəri-Şirvanə gətirdin sən özün,
Töhfə tək bəzmi-Süleymanə gətirdin son özün,
Mindirib rəxşini meydanə gətirdin son özün,
Vəsfini aləmə firdovs kimi car elədin.
Ey əzizim, gəlibən şur ilə göftarə özün,
Eylədin xəlqi Ardı »

Seyid Əzim ŞirvaniSultanov Hadiyə

Sultanov Hadiyə

Ey bizi mədh qılan Hadiyi-dövran əxəvi!
Bu nə zəhmətdir, əya mənbəyi-ürfan əxəvi!
Seyyidi eyləmisən mədhi-firavan, əxəvi,
Şad səndən olacaqdır şəhi-Mərdan, əxəvi!
Çəkdi ol gün ki, Hüseyn Kərbübəlayə ləşkər,
Qaldı ol ərsədə tənha o şəhi-təşnəcigər,
Sən əgər olsa idin orda, əya paksiyər
Canım eylər idin ol şəhə qurban, əxəvi!
Çatmayıb çün əlin ol feyzə, əya xoştiynət,
İndi övladına bəsdir ki, edirsən hörmət,
Cəddimiz şad olacaq olsa sizin tək ümmət,
Mərhəba, namxuda, sahibi-iyman əxəvi!
Məni əfv eylə ki, öz cürmümə iqrar etdim,
Anladım səhvimi, iqrarımı inkar etdim,
Sənə baş çapma dedim, tövbə-stiğfar etdim.
Keç bu təqsirdən, ey mənbəyi-ehsan əxəvi!
Ülasan eşqdə divanə, məhəbbətdəndir.
Çapasan başını mərdanə, məhəbbətdəndir,
Tökəsən qanını meydanə, məhəbbətdəndir,
Olmuşam eylədiyim zəmmə peşiman, əxəvi!
Leyk gəl indi biz əyri oturaq, düz Ardı »