Səbəbləri[redaktə]
Tədricən müstəmləkələrdə metropoliyaya qarşı narazılıq, etiraz və kütləvi aksiyalar başladı. Bütün bunlar təbii və qanunauyğun bir hal idi. İngilislər yerli əhalini saya salmadan, əksinə, vurub sıradan çıхardaraq yeni cəmiyyət, yeni quruluş və dövlət yaratmaq istədikləri üçün təbii olaraq öz övladları öz üzlərinə qayıtmalı, onlar da İngiltərəni saya salmamağa başlamalı idilər. Əvvəlcə Şotlandiyada, 1717-ci ildə isə İngiltərədə yaranmış mason təşkilatı üçün isə dünya ağalığı iddialarını gerçəkləşdirməkdən ötrü geniş və хam məkan lazım idi. Onların təhriki ilə Şimali Amerikadakı ingilis müstəmləkələrində İngiltərə əleyhinə və müstəqilliyə can atan siyasi təşkilatlar yarandı. 1775-83-cü illərdə Şimali Amerikada İstiqlaliyyət uğrunda müharibə başlandı. Bu müharibə nəticəsində İngiltərənin hökmranlığına Ardı »