Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kerim30. Ər-Rum (Rumlular) surəsi

30. Ər-Rum (Rumlular) surəsi

1. Əlif, Lam, Mim!

2. Rumlular (bizanslılar iranlılara) məğlub oldular.

3. (Ərəbistana) ən yaxın bir yerdə (Şamda və ya Urdunda). Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər.

4. Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər.

5. Allahın köməyi ilə. (Allah) istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!

6. (Bu zəfəri Kitab əhlinə) Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu (müşriklər bunu) bilməzlər!

7. Onlar dünya həyatının zahirini (ticarət və əkinçilik işlərini, məişət məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər.

8. Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq Ardı »

Qurani Kerim36. Yasin surəsi

36. Yasin surəsi

1. Ya, Sin!

2. (Ya Rəsulum!) Hikmətlə dolu Qurana and olsun ki,

3. Sən, həqiqətən, (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) peyğəmbərlərdənsən!

4. Düz yoldasan! (Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan islam dinindənsən. Bu yolu tutub gedən haqqa yetişər).

5. Bu Quran (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki,

6. (Onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!

7. And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini Öz əzəli Ardı »

Qurani Kerim107. Əl-Maun (Zəkat) surəsi

107. Əl-Maun (Zəkat) surəsi

. (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?

2. O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz).

3. Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).

4. Vay halına o namaz qılanların ki,

5. Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar).

6. Onlar (namazlarında) riyakarlıq edər,

7. Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər). Ardı »

Qurani Kerim49. Əl-Hucurat (Otaqlar) surəsi

49. Əl-Hucurat (Otaqlar) surəsi

1. Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

2. Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.

3. Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!

4. (Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir!

5. Əgər onlar sən qarşılarına çıxancaya qədər səbr etsəydilər, (bu, Allahın yanında) onlar üçün, əlbəttə, Ardı »

Qurani Kerim69. Əl-Haqqə (Haqq olan qiyamət) surəsi

69. Əl-Haqqə (Haqq olan qiyamət) surəsi

1. Haqq olan qiyamət!

2. Nədir qiyamət?!

3. Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)

4. Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!

5. Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.

6. Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.

7. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.

8. İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!

9. Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli (Lut qövmü) də Ardı »

Qurani Keriməl-Həcc (Həcc) surəsi

.22.
əl-Həcc (Həcc) surəsi
(Mədinədə nazil olmuşdur, 78 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ey insanlar1! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!
2.Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!
3.Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz “Rəbbimiz mələklərdən özünə övlad götürmüşdür” -deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır.
4.(Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq Ardı »

Qurani Keriməl-Bəqərə (İnək) surəsi

.2.
əl-Bəqərə (İnək) surəsi
(Mədinədə nazil olmuşdur, 286 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Əlif, Lam, Mim2.
2.Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.
3.O kəslərə ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum - qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.
4.O kəslərə ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s. ) iman gətirir və axirətə də şəksiz inanırlar,
5.Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır3.
6.(Ya Rəsulum!) Həqiqətən, Ardı »

Qurani Kerim50. Qaf surəsi

50. Qaf surəsi

1. Qaf! (Ya Peyğəmbər!) Şanlı Qurana and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)!

2. Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:" Bu əcaba bir şeydir! (İnsandan da peyğəmbər olarmı?! Ancaq mələk peyğəmbər ola bilər!)

3. Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!"

4. Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!

5. Lakin onlara haqq (Quran) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər).

6. Məgər onlar Ardı »