Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanRasim Məmmədov

Həyatı[redaktə]
Məmmədov Rasim Qara oğlu 1 iyun 1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olub.

1967-ci ildə Nərimanlı kənd orta məktəbini “Qızıl medal”la bitirib, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə qəbul olub.

1971-1972-ci illərdə Moskva İdarəetmə Problemləri İnstitutunda təhsilini davam etdirib və ali təhsilini “Fərqlənmə diplomu” ilə başa vurub. 1972-1974-cü illərdə zabit olaraq Sovet Ordusunda xidmət etmişdir.

1976-1979-cu illərdə Bakı Dövlət Universitetinin Radiofizika ixtisası üzrə aspiranturasında oxuyub. 1983-cü ildə BDU-nun Fizika fakültəsində “Yarımkeçiricilər və dielektriklər fizikası” üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

2004-cü ildə BDU-nun Fizika fakültəsində “Yarımkeçiricilər və dielektriklər fizikası” üzrə müdafiə etmiş və fizika-riyaziyyat Ardı »

Qərbi AzərbaycanBasarkeçər rayonunun kəndləri

Daşkənd, Nərimanlı, Ağkilsə, Pəmbək, Qızılvəng, Şişqaya, Zod, Qanlı, Yuxarı Zağalı, Sətənağac, Kəsəmən, Göysu, Dərə, Subatan, Sarıyaqub, Çaxırlı, Zərkənd, Canəhməd, Yarpızlı, Böyük Məzrə, Kiçik Məzrə, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Qoşabulaq, İnəkdağı, Babacan, Kərkibaş, Qayabaşı, Qaraiman, Ağyoxuş, Yuxarı Şorca, Aşağı Şorca, Qırxbulaq, Gödəkbulaq, Tüskülü, Qamışlı, Aşağı Zağalı

1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Böyük Qaraqoyunlu, Hüseynquluağalı, Aşağı Şorca, Yuxarı Şorca, Daşkənd, Sarıyaqub, Qayabaşı, Qoşabulaq, Zərkənd, Ağkilsə, Zod, Babacan, Pəmbək, Dərə, Şişqaya, Göysu, Kiçik Məzrə, Oğruca, Kəsəmən, İnəkdağı, Qanlı, Kərkibaş, Subatan, Sultanəliqışlaq, Ağyoxuş, Sətənəxaç, Yuxarı Zağalı, Çaxırlı, Tüskülü, Böyük Məzrə, Qızılvəng, Torfavan. Ardı »

Qərbi AzərbaycanÇorlu Məhəmməd

Çorlu Məhəmməd (1828-1933) — Azərbaycanın el sənətkarı, şair.

Həyatı[redaktə]
Çorlu Məhəmməd 1825-ci ildə Əsgəran bölgəsində bəy ailəsində anadan olmuşdur. XIX yüzilliyin 30-cu illərində Usuflar tayfası elliklə köçüb Qars-Çıldır yörələrində binə bərkitmişlər. Çorlu Məhəmməd hələ cavan vaxtlarından sinədən deməyi və gözəl səsi ilə el-oba arasında tanınmağa başlamışdır.

Aslan Bayramov Çorlu Məhəmmədin 1924-cü ildə vəfat etdiyini yazır. Əslində Çorlu Məhəmməd 1933-cü ildə Sultanabad kəndində vəfat etmiş, Sultanabadın əski qəbristanlığında dəfn edilmişdir. Sonralar ermənilər Arpa gölün ərazisini böyütdüklərindən Çorlu Məhəmmədin də qəbri gölün suları altında qalmışdır. Nəhayət, bu el sənətkarının 2004-cü ildə “Ərş-əlaya bir yolum var” adlı kitabı işıq üzü görmüşdür. Bu kitabda el şairinin doqquz gəraylısı, Ardı »

Qərbi AzərbaycanRasim Məmmədov - Kitabları

“Maye və qazların daxili sürtünmə əmcalının təyininə aid metodik gostəriş”. Bakı, 1988, 22 s.
“Mayelərdə səthi gərilmə əmsalının təyini”. Bakı, 1992, 32 s.
“Əlavə elektrik sahəli metal – yarımkeçirici kontaktlar”. Bakı, BDU, 2003, 231 s.
“Mayelərdə səthi gərilmə və daxili sürtünmə hadisələri”. Bakı, 2007, 74 s. Ardı »

Qərbi AzərbaycanKarlen Xudaverdiyev - Pedaqoji fəaliyyəti

1984- h/h, professor, kafedra müdiri, Riyaziyyat və onun tədrisi metodikasi kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
1977-1984, professor, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
1966-1977, dosent, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
1964-1966, baş müəllim, Cəbr və Həndəsə kafedrası, Riyaziyyat fakültəsi, ADPU
1961-1964, şöbə müdiri, Hesablama mərkəzi, BDU
Magistratura pilləsində müxtəlif seçmə fənnlər onun apardığı dərslərə aid idi. Diferensial tənliklər üçün sərhəd məsələləri onun tədqiqat sahəsi idi.

159 elmi məqalənin müəllifi idi, 36 elmlər namizədi yetişdirmişdir. Ardı »

Qərbi AzərbaycanNuru Məmmədov

Həyatı[redaktə]
Nuru Zeynalabdin oğlu Məmmədov 1946-cı il yanvarın 1-də Masis rayonu Aşağı Necili kəndində anadan olub. 1964-cü ildə Uluxanlı orta məktəbini bitirib.

1965-1969-cu illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1969-1970-ci illərdə Daşkəsən rayonunda orta məktəb müəllimi işləyib.

1970-1973-cü illərdə EA-nın Tarix İnstitutunun aspiranturasını (əyani) bitirib. 1976-cı ildə «Azərbaycan kəndinin inkişafında yerli hakimiyyət orqanlarının rolu» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1974-1981-ci illərdə Tarix İnstitutunda baş laborant, kiçik və baş elmi işçi vəzifələrində çalışıb.

1981-ci ildən Bakı Dövlət Universitetində çalışır.

1983-1993-cü illərdə Gəncə Dövlət Universitetində kafedra müdiri, 1993-1998-cü illərdə Gəncə Dövlət Universitetində kafedra müdirinin müavini, 1998-2008-ci illərdə isə Bakı Dövlət Universiteti Azərbaycan tarixi kafedrasının dosenti Ardı »

Qərbi AzərbaycanŞükar

Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi.

Tarixi[redaktə]
Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

1917-18-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya edilmiş və kənd dağıdılmışdır. İndi xaraba kənddir. Ardı »

Qərbi AzərbaycanMehman Həsənov

Həyatı[redaktə]
Həsənov Mehman Hüseyn oğlu 23 dekabr 1959-cu ildə Göyçə mahalının Cil kəndində anadan olub. 1967-1977-ci illərdə Krasnoselo rayonunun Cil kənd orta məktəbində oxuyub.1977-1982-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb.1982-1985-ci illərdə Moskva şəhərində, 1985-1986-cı illərdə isə Bakıda Azərbaycan Texniki Universitetində işləyib.

1986-1990-cı illərdə aspiranturada təhsil alıb.1990-cı ildə texniki elmlər namizədi adını alıb.1990-1997-ci illərdə Azərbaycan Texniki Universitetində dosent elmi dərəcəsi ilə baş müəllim işləyib.1997-ci ildən bu günə kimi rabitə sahəsində müxtəlif vəzifələrdə çalışıb.2004-cü ildən "Aztelekom İB”-də informasiya texnologiyaları sahəsi üzrə baş direktor müavini vəzifəsində işləyir.

Müxtəlif illərdə respublika və beynəlxalq konfranslarda çıxış etmiş, 80-ə yaxın elmi məqalə, o cümlədən 6 ixtira, 3 monoqrafiyanın müəllifidir.Beynəlxalq Ardı »