"Azərbaycan Demokratik Respublikası" → Qaraməryəmin azad edilməsi
10-cu alayın qüvvələri qarşı hücuma keçərək Qızıl Ordu qüvvələrini səhərki mövqelərindən təxminən 3 kilometr geriyə atdı.[55] 5-ci Qafqaz piyada diviziyası Azərbaycan torpaqlarında ilk dəfə 29 iyunda birgə hücuma hazırlaşırdı. Hücum 10-cu və 13-cü Qafqaz alayları ilə aparılacaq, nizami 2-ci süvari alayı da düşmənin sol yan və arxasına Qaraməryəm istiqamətində axın edərək, düşmənin qaçmasına əngəl olacaqdı. Səhər tezdən başlayan hücumda komandirləri ən çox düşündürən içməli su və məhdud olan cəbbəxana idi.[56][57]
Günorta saatlarında havanın isti olması səbəbindən, hər iki tərəfin hərəkət qabiliyyəti qalmırdı. Ona görə də tərəflər vuruşmaya ara verirdilər. Türk əsgərlərinin içməli suyu arabalarla Göyçaydan gətirilirdi. Cəbbəxanası da məhdud idi. Bu üzdən Ardı »