Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Bakı tətili (1903)Bakı tətili (1903)

Bakı tətili (1903) - XX əsrin əvvəlində Bakıda tətil hərəkatı.

1903-cü ilin yayında Bakını tətillər dalğası bürüdü. 20 gün davam edən etirazlar tezliklə imperiyanın digər cənub vilayətlərinə də sıçradı. Tarixçilər Bakı tətillərini “Cənubi Rusiyada ilk ümumi tətil” adlandırırlar. İstər iqtisadi, istər siyasi nəticələrinə görə çox böyük iz qoyan və Bakı proletariatının ilk mütəşəkkil çıxışı olan bu tətillərin təsvirinə keçməzdən əvvəl onun səbəbləri və o illərin Bakısının vəziyyətini gözdən keçirməyə ehtiyac var. Ardı »

Bakı tətili (1903)Bakı tətillərinin səbəbi

1883-cü ildən başlayaraq Bakıda neft istehsalı durmadan artırdı. Kapitalist inkişaf yoluna qədəm qoyan Bakı neft sənayesi 20 ildən də az vaxt ərzində o dövrdə dünyada çıxarılan neftin ümumi həcminin 50 faizdən çoxunu təmin edirdi. Ancaq bu, 1901-ci ilə qədər davam etdi. Və əgər 1883-cü ildə Bakıda cəmisi 60,37 milyon pud (62,5 pud = 1 ton) neft çıxarılmışdısa və 1901-ci ildə bu rəqəm 671,57 milyon puda qədər artmışdısa (yəni, 11 dəfə!), 1902-ci ildən başlayaraq bu rəqəm dönməz şəkildə azalmağa başlamışdı. Bunun da səbəbi dünyanı bürüyən növbəti iqtisadi böhran idi.

1900-1903-cü illərin iqtisadi böhranı neft istehsalının bütün sahələrini vurdu – neftin hasilatı, emalı, kəşfiyyat Ardı »

Bakı tətili (1903)Tətilin başlaması

İqor Abrosimov özünün “Bakı ailəsinin şəxsi həyatı…” kitabında yazırdı: “Rusiyanın heç bir şəhəri o illərdə Bakı qədər sürətlə inkişaf etməmişdi. 1903-cü ildə Bakıda artıq 200 mindən çox adam yaşayırdı. Şəhər kənarındakı neft yataqları təkcə Rusiyanı yanacaqla təmin etmirdi, həm də böyük həcmdə neft ixracata göndərilirdi. Qara Şəhərdə və Ağ Şəhərdə cəmləşmiş neft emalı zavodları neftdən işıqlandırıcı yağ, yəni kerosin, sürtgü yağları və mazut alırdı. Qafqazın bütün dəmir yolları, Xəzərdə və Volqada üzən gəmilər, zavod və fabriklər Bakı mazutu ilə çalışırdı”. Yəni, Bakı imperiyanın ən mühüm sənaye mərkəzlərindən birinə çevrilmişdi və burada hər hansı etiraz dalğası bütün Rusiya itisadiyyatında və siyasətində əks-səda Ardı »

Bakı tətili (1903)Tətilin genişlənməsi

Güzəştə getməyən sahibkarları tətilçilər onların “silah”ı ilə vurmağa başlayır: Hər yanda mədənlər alovlanır. Bakı mədənləri böyük və dəhşətli bir tonqala çevrilir. “Moskovskiy listok” qazeti həmin vaxt yazırdı: “Artıq 2-ci gündür ki, Bibiheybətdə qazma qüllələri, neft anbarı, Bakı neft cəmiyyətinin fontanı yanır. Hər gün 600 min pud neft havaya sovrulur. Müxtəlif şirkətlərin 30-dan çox qülləsi, gəmilərin yan alması üçün körpülər, Nobelin yaşayış yerləri alovun içindədir. Birjalarda durğunluqdur, qiymətlərin bahalaşacağı gözlənilir”. Bu yanğınların kapitalistlərə hansı psixoloji təzyiq göstərdiyini Bakıda gizli fəaliyyət göstərmiş sosial-demokrat Konkordiya Zaxarova-Sederbaum (1879-1938) özünün “Reaksiya illəri” adlı xatirələrində bu cür təsvir edib: “Tətillər və mədənlərdəki yanğınlar neft sənayeçilərinə göstərdi: Onlar Ardı »

Bakı tətili (1903)Tətilin səngiməsi

İyulun 19-dan başlayaraq etirazların kütləviliyi azalır və Qafqazdakı ilk ümumi tətil iyulun 22-də bitir. Bunun yeganə səbəbi heç də geniş vüsət almış repressiyalar deyildi. Digər səbəb işçilərin bir çoxunun sahibkarların yağlı dilinə aldanması idi. Həmin anı da Zaxarova-Sederbaum maraqlı təsvir edib: Savadlı və ixtisaslı işçilər daha yüksək maaş almalarına və daha əlverişli məişət şəraitində yaşamaqlarına baxmayaraq, mübarizədə daha fəal, ardıcıl və dönməz olduqları halda, ixtisaslaşmamış, ən “qara işlər”i görən, evsiz-eşiksiz, qəpik-quruş alan işçilər asanlıqla sahibkarlara güzəştə gedir və onların vədlərinə inanırdılar. Sahibkarlar da etiraz hərəkatını bölmək üçün bu binəsiblərdən yararlanırdılar. Zaxarova-Sederbaumun digər maraqlı nəticəsi: məhz həmin lümpenlər kortəbii çıxışlarda irəlidə gedib Ardı »