Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Antik eraAzərbaycan Demokratik Respublikası haqqında

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan Xoyskinin başçılığı ilə ADR hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk Ardı »

Antik eraDaş dövrü

Daş dövrü Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4 minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələdən – paleolit dövrü (qədim), mezolit dövrü (orta) və neolit dövründən (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorunmağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 400-300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır.

30-10 min il öncə Azərbaycanda son paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin incəsənət və Ardı »

Antik eraMezolit dövrü

Mezolit Azərbaycanda e.ə. 11–8 minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər. Ardı »

Antik eraTunc dövrü

Tunc dövrü Azərbaycanda e.ə. 4-1 minillikləri əhatə edir. Tayfa və qəbilə ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin və ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopotamiya və Şimali Qafqazla ticarət və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar əsasında dərindən öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil, həmçinin Cənubi və Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də əhatə edirdi. Bu dövrdə insanlar yumşaq misi xüsusi sobalarda əridib onu qalayla qatışdıraraq tunc əldə etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna görə tezliklə əmək alətləri, silah və bəzək əşyaları məhz bu materialdan Ardı »

Antik eraFeodal dövrü

Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. III-VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani imperiyası (224-65) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşşaha III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq üçün Varaz-Qriqora Ardı »

Antik eraYeni dövr

1801-ci ildə Rus imperiyası Şərqi Gürcüstan ərazilərini özünə birləşdirərək Qafqaz canişinliyini yaradır. Bunun ardınca 1802-ci ildə rus generalı P.D.Sisianov Azərbaycanı Rusiyaya qatmaq məqsədi ilə hərbi əməliyyatlara başlayır. XIX əsrin II yarısında Şimali Azərbaycanın iqtisadi həyatı Rusiyada kapitalist münasibətlərinin inkişafı ilə sıx əlaqəli idi. Bu baxımdan ölkədə ən iti surətlə neft hasilatı və sənayesi inkişaf edirdi. Artıq 1872-ci ildə neft hasilatında icarə üsulu tətbiq edilməyə başlayır ki, bu da həmin sahədə kapitalist münasibətlərinin inkişafına güclü təkan verir. XX əsrin əvvəllərində Şimali Azərbaycan neft sahəsində dünyada birinci yerdə idi. 1901-ci ildə o dünya neft hasilatının 50%, Rusiya neftinin isə 95% təmin edirdi. Ölkədə Ardı »

Antik eraSovet İttifaqın tərkibində

1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müsətqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları daxil olmuş Zaqafqaziya Federasiyası təşkil edildi. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Federasiyasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. İkinci dünya müharibəsi (1939-1945) XX əsrdə ən ağır və dəhşətli bir dövr olmuşdur. Azərbaycan xalqı bu müharibədə əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir və təxminən 300 minə yaxın itki vermişdir. Ardı »

Antik eraÜçüncü Respublika dövrü

Azərbaycan Respublkasının müstəqillik əldə etdiyi və suveren dövlət quruculuğuna başladığı ərəfədə yəni 1991 və 1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİ dağıldıqdan sonra Ermənistan geniş miqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevralında Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşdığı Xocalı şəhərində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla min nəfərə yaxın dinc sakin rus hərbçilərinin köməyi ilə ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Bundan sonra 8 mayda ermənilər Azərbaycan mədəniyyətinin çeşməsi Dağlıq Qarabağda azərbaycanlıların dayağı olan Şuşadan qovuldu. Şuşanın süqutu ilə Dağlıq Qarabağ Muxtar Vilayətində etnik təmizləmə əməliyyatı başa çatdı.


Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev (1997-ci il)
1992-ci ilin mayın 18-19-da Ermənistan silahlı Ardı »