Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Q hərfiQARAÇI

Bu röya cavan oğlan üçün yaxın vaxtlarda gözlənilməz səfərə; orta yaşlılar üçün-pul itkisinə; evlənməmiş qadın üçün-gözləməyi çox sevən birisiylə izdivaca; evli qadın üçün-bəzi gizli məsələlərin aşkar olacağına işarə sayılır. Ardı »

Q hərfiQırqovul görmək

Xarici görünüşündən zövq al; qırqovula atəş açmaq – qadınlarla tanış olacaqsınız; qırqovulu hürkütmək – sevdiyiniz adamı itirəcəyinizə işarədir. Ardı »

Q hərfiQUMRU-

-Erkək qumru quşu röyada şer deyən, yaxud gözəl şərqi oxuyan bir adama işarədir. Yuxuda qumru görmək-xeyrə və nəşəyə qovuşacağına, bir istəyin yerinə yetəcəyinə yozulur.
Qumru quşunu məhzun və kədərli görmək-sıxıntılardan və kədərdən qurtuluşdur. Yazda yuxuda qumru görmək-röya sahibinin muradı yazda hasil olacaq. Erkək qumru quşu-hamilə qadının oğlan uşağı dünyaya gətirəcəyinə və nemətə; dişi qumru quşu-dindar qadına işarə sayılır. Ardı »

Q hərfiQUL (kölə)

-Röyada qul görən və ya kölə, yaxud xidmətçi satın alan adam xeyrə və bərəkətə qovuşar, düşmən üzərində qələbəyə nail olar. Əgər kölə göyçək və qara olarsa, bu yuxu xeyrə və bərəkətə yozulur. Kölə çirkin və zəif görülərsə, bu röya tasa və sıxıntını bildirir. Ardı »

Q hərfiQıfıl görmək

Yuxuda qıfıl görmək çaşqınlığa, qarışıqlığa işarədir. Əgər qıfılı açıb-bağlayırsınızsa, bu o deməkdir ki, siz tezliklə kiminsə sizə ziyan gətirdiyini aşkar edəcəksiniz. Əgər aşiqsinizsə, rəqibiniz üzərində qələbə çalmağı bacaracaqsınız. Bundan əlavə, siz uğurlu səyahət edəcəksiniz. Əgər qıfılın işləmədiyini görsəniz, sevgidə aldadılıb alçalacaqsınız, riskli səyahət isə sizə xeyir gətirməyəcək. Qıfılı qolbaq və ya boyunbağı ilə bağlamaq sizdə şübhələr yaranacağına işarədir, lakin baş verəcək hadisələr onları tamamilə məhv edəcək.

Qıfıl – qərarsızlıq, maneə, əngəl, qapalılıq əlamətidir. Yuxuda qapını qıfılla bağlamısınızsa, bu daxilinizdə boşluq və problemi həll etməkdən qaçmağa cəhd göstərdiyinizə işarədir.Yuxuda sınıq qıfıl görmək dostların xəyanətinə işarədir. Yuxuda deşiksiz qıfıl görmək o deməkdir ki,siz özünüzə Ardı »

Q hərfiQAPI CIRILTISI

Röyada ev və ya mənzilin qapısının cırıltısını eşitmək-gözətçi, yaxud qapıçı tərəfindən bir pisliyə, ya da ər-arvad arasında baş verəcək narazılığa işarə sayılır. Eyni zamanda, bir sirrin ifşa ediləcəyini göstərir.
Bir mirzənin yazı yazarkən (yazı taxtası və ya kağız üzərində) qələminin cırıltısını yuxuda eşitmək-elm adamları üçün Allah və xalq nəzərində dərəcələrinin yüksək olmasını və yaxşılıqla anılmalarını; başqa adamlar üçün-gizli şeylərin meydana çıxmasını və çətinliklərlə qarşılaşacağını xəbər verir.
Qapını yıxılmış və ya yanmış görmək-qayğıya, zəifliyə; təzə qapı-röya sahibinin evlənərək bəla və müsibətlərdən qurtulacağına yozulur. Ardı »

Q hərfiQUŞ QƏFƏSİ

-Bu röya cavan oğlan üçün gözəl yuxulardan hesab edilir. Qəfəsdə quş görmək-səadətə, zənginliyə və uğura yozulur. Orta yaşlı adamlar üçün bu yuxu işdə çətinliklərə düşəcəyinə işarə sayılır. Yuxusunda qəfəs görən gənc qız tezliklə ərə gedəcək. Evli qadın belə yuxu görərsə, işləri bir-birinin ardınca çətinləşəcək. Yuxuda boş qəfəs-hər kəs üçün bir sürprizdir. Ardı »