Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Q hərfiQURŞAQ-

-Röyada qurşaq-sağlam bir iş anlaşmasıəldə ediləcəyini xəbər verir. Ardı »

Q hərfiQƏBİLƏ

Röyada qəbilə görmək, bir qəbilə içində olmaq-yuxunu görən pula, var-dövlətə nail olacaq. Ardı »

Q hərfiQƏLB (ürək)-

-Röyada görülən qəlb yuxu sahibinin ürəkli və nəşəli olduğuna, cəsarətinə, ağıl və zəkasına, əliaçıqlığına, ciddi və sadə adam olduğuna işarədir.
Qəlbində bir qorxu və əndişə hiss etmək-röya sahibinin haqqa, həqiqətə uymasınavə doğru yolu bulmasına yozulur.
Ürəyinin ağzından çıxdığını görmək-dinin gözəlliyinə işarədir. Yuxuda qəlb-qadın rəmzi kimi də mənalandırılır.
Ürəyin parça-parça oduğunu görmək-röya sahibi xəstə isə yaxşılaşacaq, qayğı və qüssədən qurtulacaq.
Qəlbində göz olduğunu görmək-zəka və anlayışa, dinində sağlam olmağa, gözəl və açıq sözlülük anlamına gəlir.
Yuxuda ürəyin ağrıdığını hiss etmək-pislik edəcəksiniz. Ürəkdə xəstəlik olduğunu görmək-böhtana, araqarışdırıcılığa yozulur.
Yuxuda ürək, bəzən də insanın hörmət etdiyi alicənab rəhbərə, müdirə, sirdaşa işarə sayılır. Ardı »

Q hərfiQaban, inək görmək

Yuxuda yağlı, əkə qaban görmək ticarət və işgüzar sahədə canlanmaya işarədir. Arıq, cılız qabanlar narahatlıq və qəmlənməyə işarədir. Yuxuda donuzun bala verdiyini görmək kəndlilər üçün bol məhsul və digərlərinə işlərində uğur deməkdir. Qabanların səsini eşitmək pis xəbərlərə işarədir. Bu yuxu kiminsə ölümünə görə kədərlənmə və yaxud hansısa vacib işin yerinə yetirilməsinə görə mükafatın alınmaması ilə bağlı məyusluğa işarədir. Yuxuda şəxsi donuzlarını yemləmək gələcəkdə mal-mülkünüzün artacağına işarədir. Qabanla ticarət etmək o deməkdir ki, real həyatda böyük səylər və enerjili iş sayəsində böyük bir mülkün sahibi olacaqsınız. Ardı »

Q hərfiQəbiristan görmək

Yuxuda qışçağı qəbiristanlıq və ya kilsənin həyətində gəzirsinizsə, bu, yoxsulluqla uzun müddət və böyük mübarizəyə işarədir. Ola bilsin, doğma evinizdən uzaqda, dostlarınızdan ayrı yaşayacaqsınız. Lakin yuxuda baharın əlamətləri varsa, sizi gözəl şərait və dostlarınızın əhatəsindən zövq almaq gözləyir. Sevgililər üçün yuxuda qəbiristanlıqda olmaq (və yaxud kilsə həyətində) o deməkdir ki, onlar bir-birlərinə qovuşmayacaqlar, sevdikləri şəxsin başqası ilə evlənəcəyini görəcəklər. Yuxuda özünü gözəl və yaxşı baxılmış kilsədə görmək o deməkdir kİ, xəstə olan kiminsə səhhəti barədə gözlənilmədən yaxşı xəbər alacaqsınız. Köhnə, baxımsız kilsə görmək o deməkdir ki, sevdikləriniz sizi tərk edəcək və ondan sonra siz yadların qayğısında qalacaqsınız. Gənc insan yuxuda qəbiristanlıqda Ardı »

Q hərfiQAÇAQMALÇI (kondrabandaçı)

Yuxuda qaçaqmalçı görmək-röya sahibinin bir qəbahət işləyəcəyinə və bu səbəbdən çox diqqətli olmağın gərəkliyinə işarə olaraq qəbul edilir. Ardı »

Q hərfiQəhrəman görmək

Yuxuda tez-tez qəhrəman obrazlarını oynayırıq. Bu, həyatın bu və ya digər sahəsində insanın öz gücünə inanmasına işarədir. Siz şərəfli iş gördükdən sonra qəhrəman olursunuz. Maraqlıdır ki, qəhrəman kimi inanılmaz qabiliyyətə və qeyri-insani gücə maliksiniz. Həmin yuxuda sizə tanış olan insanlar olubmu? Əgər cavab “hə”-dirsə, yuxunu həmin insanların aid olduğu sahəyə uyğun – məsələn (iş, ev, istirahət) yozun. Ardı »