Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariFrezləmə

Frezləmə metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir.

Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər.

Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər:

1. Dəzgahın şpindelinin vəziyyətinə Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariŞtamplama

Ştamplama materialın plastiki deformasiyasına əsaslanan proses olub hissənin ölçüsünü və formasını dəyişmək üçün tətbiq edilir. Ştamplama üçün çox vaxt metal və plastmas tətbiq edilir.İki növü mövcuddur: həcmi və lövhə ştamplama. Lövhə ştamplamada hissənin ilkin froması az dəyişdrilir. Ştamplama prosesini aparmaq üçün presslərdən istifadə olunur. Onlar materialı mexaniki təsirin köməyi ilə dəyişdirməyə imkan verir.

Lövhə ştamplamasında aşağıdakı əməliyyatlar aparılır:
Kəsmə,
Basma,
Əymə,
Pərçimləmə,
Deşmə

İsti halda həcmi ştamplama

Burada metal pəstahları qızdırılmış halda xüsu alətin - ştampım köməyi ilə təzyiq altında emal edərək lazımi formaya salınır. Metalın axması ştampın daxilində olan boşluqla təyin olunur. İsti metal bu boşluqda axaraq lazım olan formanı alır.

Pəstah kimi çubuqlardan istifadə olunur. Bunun üçün onlar Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariOygen fon Bem-Baverk

Oygen fon Bem-Baverk (alm. Eugen von Böhm-Bawerk; 12 fevral 1851, Brünn, Moraviya, Avstro-Macarıstan, müasir Brno, Çexiya — 27 avqust 1914, Kramzax, Avstro-Macarıstan) — Avstriya iqtisadçısı və dövlət xadimi.Mündəricat [gizlə]
1 Həyatı
2 Fəaliyyəti
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər

[redaktə]
Həyatı
[redaktə]
Fəaliyyəti

Avstriya məktəbinin son faydalıq nəzəriyyəsi Karl Mengerdən sonra Bem-Baverk tərəfindən dərinləşdirilmiş və zənginləşdirilmişdir. Bem-Baverkin müvafiq subyektiv-iqtisadi baxışları onun əsasən "Təsərrüfat nemətlərinin qiymət nəzəriyyəsinin əsasları" (1886), "Kapital və mənfəət" (1884), "Kapitalın pozitiv nəzəriyyəsi" (1889), "Marksist sistemin başa çatması" (1890) və s. əsərlərində əks olunmuşdur. Bem-Baverkin tədqiqatı üçün əsasən aşağıdakı istiqamətlər xasdır:
- təkcə fərdi mübadilənin deyil, bütövlükdə bazar kateqoriyalarının, o cümlədən istehsal və bölgü sferalarının Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariAltı siqma

Altı siqma (6σ) proseslərin optimallaşdırılması və stabilləşdirilməsi yolları ilə, onun xətasız axarına imkan verən üsuldur. Əsas məqsədi keyfiyyətin artırılması və eyni zamanda maya dəyərinin aşağı salınmasıdır. Altı siqma anlayışı riyazi statistikadan məlumdur. Siqma-σ ilə dəyişən parametr kimi statistik toplumun orta kvadratik meyillənməsi işarə olunur. Mənası ona gətirilir ki, prosesin riyazi gözləməsi və müsaidə sahəsinin sərhədləri arasındakı məsafə altı siqmaya bərabər olduqda istehsal prosesi zaysız işləyir. Bu iddia istehsal proseslərinin araşdırlması zamanı əldə olunmuş biliklərə əsaslanır. Altı siqma Yaponiyada istehsal proseslərinin öyrənilməsində yaranmışdır. İlkin olaraq bu terminlə istehsal olunan məmulların böyük hisəssinin qoyulmuş tələbləri ödəməsi halı təsvir olunurdu. Keyfiyyət göstəriciləri uzun müddət Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariBakı Fond Birjası

Bakı Fond Birjası (ing. Baku Stock Exchange — BSE) — Azərbaycanın əsas fond birjasıdır.

15 fevral 2000-ci il tarixində yaradılmışdır. Qapalı Səhmdar Cəmiyyətidir, səhmdarlar 19 hüquqi şəxslərdirlər. BFB-də 30 nəfərlik ticarət zalı var. Bu texniki cəhətdən istənilən növ qiymətli kağızların ticarəti ilə məşğul olmağa imkan yaradır. Burada eləcədə sənədli və sənədsiz formada olan qiymətli kağızların saxlanılması üçün nəzərdə tutulan xəzinə yerləşir.

Birjanın yaradıcıları 16 Azərbaycan bankı, İstanbul fond birjası və 2 maliyyə şirkəti oldular. Onların hər birinin ödədiyi məbləğ 60 000 AZN təşkil edirdi. Nizamnamə kapitalı 1.2 milyon manatdır.[1] 2012-ci ilin yanvar-may ayları ərzində birjanın dövriyyəsi 4,764 milyard manat təşkil edib.[2]
[redaktə]
Təsisçilər

"Azərbaycan Beynəlxalq Bankı", Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariDövlət Ləl-Cəvahirat Fondu

Azərbaycan Respublikasının Milli Ləl-Cavahirat Fondu Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 iyul tarixli 50 nömrəli fərmanına əsasən qymətli metalların,daş-qaşların və onlardan hazirlanmış məmulatın və digər əşyaların qəbulu,saxlanılması və uçotu üçün yaradılmışdır.

Azərbaycan Prezidentinin 1992-ci il 21 iyul tarixli sərəncamı ilə İskəndərov İsfəndiyar İskəndər oğlu Milli Ləl-Cəvahirat Fondu direktoru təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 2 sentyabr tarixli 159 nömrəli Fərmanı ilətəstiq edilmiş < Azərbaycan Respublikasının Milli Ləl-Cavahirat Fondu haqqıda Əsasnamədə> də Fondun respublika büdcəsi hesabına fəaliyyət göstərməsi,respublika Prezidentinə tabe olması və hesabat verməsi, habelə öz və saitinin qorunmasının təmin edilməsi, qiymətli metalların, daş-qaşların və tərkibindəbunlar olan məhsulların hasilatına, istehsalına və istifadə olunmasına,uçotuna Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariAH-1 Kobra

AH-1 Kobra Vertolyotu (AH-1 Cobra)- Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, hərbi döyüş vertolyotu. Tədricən AH-64 Apaçi vertolyotu ilə əvəz edilməkdədir. Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariBaydaun

Baydaun (ing. Buydown) — proqressiv faiz dərəcəsinə malik borc (kredit).

Baydaunda faiz dərəcələri əvvəlcə aşağı olur, sonra isə getdikcə artır. Məsələn, baydaunda kredit dərəcəsi birinci ay 2%, ikinci ay 2,5%, üçüncü ay 3% və s. ola bilər. Bəzən baydaun artan faizli borc kimi də adlandırılır. Ardı »