Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariPardaqlama

Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəklində olan abraziv materialları misal çəkmək olar. Proses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girərək kiçicik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahlarında yerinə yetilrir.

Pardaqlanan səthlər başqalarına görə daha dəqiq olur. Bu üsulla bərk materialları belə asanlıqla emal etmək olur. Səthlərin təmizliyi və dalğavarililiyi Rz= 1-3μm həddində yerləşir. Müasir incə pardaqlama üsulları ilə cilamaya bərabər ən təmiz səthlərin alınması mümkün olmuşdur. Pardaqlamanın cilalamadan həm də üstün cəhəti ondan ibarətdir Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariİctimaiyyətlə əlaqələr

İctmaiyyətlə əlaqələr və ya PR, piar (ing. PR – public relations) — insanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının və s. ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlər. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir. İctimaiyyətlə əlaqələr BTL-tədbirlərin tərkib hissəsidir. Piar anlayışı təbliğat və reklam terminləri ilə sıx əlaqədardır.Mündəricat [gizlə]
1 Anlayış
2 Ümumi tarixi
3 Piarın növləri
4 Ədəbiyyat
5 Xarici keçidlər

[redaktə]
Anlayış

Bu gün PR-ın 500-ə qədər tərifi vardır. Onlardan daha ümumiləşdirilmiş olanı aşağıdakıdır: "Pablik rileyşin" - təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydalı, ahəngdar münasibətlərin qurulmasına yönəldilmiş idarəetmə fəaliyyətidir ki, həmin təşkilatın uğurlu fəaliyyəti məhz ondan asılıdır. Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariRayberləmə

Rayberləmə dedikdə deşiklərin rayber aləti ilə sürtünmə effekti ilə mexaniki emalı nəaəzrdə tutulur. Bu tenologiya ilə deşiyin həm forma dəqilqiyi artır, həm də səthinin kələkötürlüyü yaxşılaşır.

Reyberləmə emal üsulunu aparmaq üçün deşik əvvəlcə burğu ilə açılır və müəyyən təmizliyə malik olur. Sonra həmin deşik rayberlə sürtünərək lazımi dəqiqliyə çatdırılır. Səthin müasidəsi H7 həddində, dəqiqliyi isə İT5-ə uyğun gəlir. Rayberlənmiş deşik yükəsk forma və ölçü dəqiqliyinə malik olur. Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariPostprosessor

Postprosessor - kompyüter proqramı olub, bir proqramla əldə olunan nəticələrin formatını dəyişərək başqa proqramla istifadəsinə imkan verir.

CNC idarə sistemlərinə malik dəzgahların idarə olunmasında işlədilən rəqəmli proqramların hazırlanmaısnda geniş istifadə eidlir. CAD/CAM sistemində pəstahən həndəsi modeli əsasında hazırlanan alət yolu trayektoriyası postprosessorun köməyi ilə rəqəmli şəkilə çevirilərək dəzgahda tətbiq olunacaq formatda xaric edilir. Sonra bu Nc proqramlar neç bir dəyişiklik lazım olmadan bir başa dəzgahın idarəsində tətbiq oluna bilirlər. Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariYapışdırma

Yapışdırma ərinti ilə birləşdirmə emal növünə aid olub, metal və qeyri metal hissələrin yapıqanın köməyi ilə birləşdirilməsi üsuludur. Yapışqan birləşən səthlərlə reaksiyaya girərək fiziki təsir yaradır. Bu fenomen həm də adheziya (ilişmə) adlanır. Qaynaq və lehimləmədən fərqli olaraq yapışdırma istilik enerjisi tətbiq olunmadan aparılır. Eyni zamanda hissələr və əlavə maddə (yapışqan) arasında heç bir diffuziya prosesi baş vermir. Diqər tərəfdən, bu üsulla əldə edilən birləşmələrin möhkəmliyi aşağı olur. Ancaq bu yapışqan sahəsini artırmaqla kompensasiya edilə bilər.

Yapışdırma üsulunun inkişafı sayəsində o maşınqayırmada, boruçəkmədə, avtomobqayırmada və cihazqayırmada geniş tətbiq olunur.

Yapışqan birləşməsi birləşən hissələrdən və onların arasına çəkilmiş yapışqan qatından ibarətdir. Sərhəd səthləridnə fiziki Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariƏlavə dəyər vergisi

Əlavə dəyər vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. Bu satış vergisindən fərqlidir, çünki satış vergisi alış-veriş nöqtəsində götürülür. Fransanın Vergi Vəkalətinin (Direction générale des impôts) birgə direktoru Maurice Lauré 1964-cü ildə aprelin 10-da bu vergini ilk dəfə tətbiq edən olub, baxmayaraq ki bu konsepti 1918-ci ildə təklif edən alman sənayeçi Vilqeym fon Simens (Wilhelm von Siemens) olub. İlkin olaraq o böyük bizneslərə yönəldilmişdir, amma sonra biznesin bütün sahələri əhatə edib. Fransada o dövlət gəlirlərin 50%nı təşkil edən dövlət maliyyənin Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariKəsmə temperaturu

Kəsmə temperaturu mexaniki emalda yonqarçıxarma zamanı yaranan istiliyin təsirinidən alətin qızma temperaturuna deyilir. Yonqarçıxarmada tətbiq olunan enerjinin demək olar ki, hamısı istiliyə çevrilir. Ema olunmuş səthin bərkiməsinə sərf olunan enerji həddən çox kiçik olduğundan nəzərdən atılır. Kəsmədə yaran istilik mənbələri şəkildə təsvir edilmişdir.

Burğulamada yaranan istiliyin 80%-i yonqarla xaric edilir. Yerdə qalan 10% pəstaha, 10% isə alətə keçir. Buna baxmayaraq alətdə yaranan temperatur hamıdan yüksək olur, o orta temperaturu 2-2,5 dəfə, pəsathınkını isə 20-30 dəfə keçir. Ümumiyyətlə, kəsmə temperaturu alət və pəstah materialları ilə bərabər həm də emal rejimlərindən asılıdır. Kəsmə sürəti, veriş artdıqca kəsmə zonasında görülən iş də artır. Alətdə istiliyin Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariAvropa İnvestisiya Bankı

Avropa Birliyinin − maliyyə qurumu olan Avropa İnvestisiya Bankı 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur. Avropa İnvestisiya Bankı hüquqi və maliyyə muxtariyyətinə sahibdir.

Bankın üzvləri Avropa Birliyi üzvü olan dövlətlərdir. Bankın mərkəzi Lüksemburqdadır. AİB 1994-cü ildə 19,9 milyard ECU həcmində kredit vermiş, beləliklə öndə gələn beynəlxalq maliyyə qurumları arasındakı yerini qüvvətləndirmişdir. AİB-in ən əsas hədəfi Avropa Birliyinin taraz inkişafına kömək etməkdir. Bununla yanaşı Transavropa nəqliyyat və telekommunikasiya sahələrinin inkişafına, ətrafın qorunmasına, enerji mənbələrinin davamlılığının təmin olunmasına və sənayə və kiçik şirkətlərin rəqabət gücünün beynəlxalq aləmdə artırılmasına yönəlmiş layihələri maliyyə ilə təmin edir.

Bank Avropa Ardı »