Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Cabir NovruzSən Elə Bir Vaxtda Rast Gəldin Mənə

Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam,bulanmış suyam.
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm,çalınmış toyam...

Nə gücüm çatdı ki, səndən yapışım,
Nə gücüm çatdı ki, səndən qaçam mən.
Nə odum oldu ki, yanam alışam,
Nə sehrim oldu ki, cavanlaşam mən...

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün payız vaxtı, xəzəl çağıydı.
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı...

Nə deyə bildim ki, tutmaz sevdamız,
Nə deyə bildim ki, tutar bizimki.
Bizimdir səmada axan o ulduz,
O uzaqda itən qatar bizimdir...

Sən elə bir vaxtda rast gəldin mənə,
Dayanıb durmuşdum yol ayrıcında.
Sən elə bir vaxtda rast gəldin mənə,
Bir üzüm cavandı, bir üzüm qoca.

Nə deyə bildim ki, sevən çağımdır,
Nə dedim: Ardı »

Cabir NovruzSen Getmisen

Sən getmisən, sanma sevgim yox olub.
O ölməyib, yaşayır,əvvəlki tək.
O səninlə, mənim ilədoğulub,
O son dəfə mənim iləöləcək.

O taledən ikimizin payıdı,
İkimizin ürəyində göyərdi
Zaman-zaman neçə ildi, ay idi,
Hər gün bizim qəlbimizi döyərdi.

O düşmüşdü ağızlara, dillərə,
Nəğmələrin qanadında uçurdu.
Şer olub dolaşırdı elləri,
Öz qoynunu sevənlərə açırdı.

Müqəddəsdi... yaranmışdı çün haqdan,
Onu əyə bilməmişdi bir fələk.
Çıxmışdı hər imtahandan, sınaqdan,
İki ürək olmuş idi bir ürək.

Nə qədər ki, yaşayıram mən varam,
O da sağdır, demək o da yaşayır.
Ona bir yad nəfəs dəyə,qoymaram,
Mən bu yolda ağartmışam başımı.

İllər ilə yar qadasın yar alar,
İndi biz tək sevən hanı, əzizim?
Biz ikimiz o dastanı yaratdıq,
Mən, sən yazdıq o dastanı əzizim.

O dastanın öz ünvanı, öz adı.
Yalnız gülüm, bizim ikimiz Ardı »

Cabir NovruzSeni Unutmaqdan Otru

Ən dözülməz ağrılara, acılara tab edirəm,
Şeytandan ümid umuram, iblisə xitab edirəm,
Ürəyimin al qanını döndərib şərab edirəm,
Başıma çəkib içirəm səni unutmaqdan ötrü,
Arzumu kəsib biçirəm səni unutmaqdan ötrü...

Röyalara meyl edirəm bəlkə yadımdan çıxasan,
Gözlərimi qırpan təki görürəm mənə baxırsan...
Sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan,
Öz-özümlə döyüşürəm səni unutmaqdanötrü,
Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü...

Köküsümü cırıb açıram ayrılığın küləyinə,
Bütün keçmiş-keçənləri xəlbirləyib ələyirəm,
Qaşıq-qaşıq istiotu əndərirəm xörəyimə,
Acı-acı gülüşürəm səni unutmaqdan ötrü,
Hicran ilə öpüşürəm səni unutmaqdan ötrü...

Ay ilə həmfikir oluram uzun-uzun gücələri,
Gündüzləri sağa-sola hey ölçürəm küçələri,
Otağımda gizlənirəm sındırırsan pencərəmi,
Ünvanımı dəyişirəm səni unutmaqdan Ardı »

Cabir NovruzGecikmiş Məhəbbət

Sən gizli gəlmisən ömrümə inan,
Bu gizli eşq ilə yaşayacağam.
Dünyanın ən ağır yuxu sayılan,
Gecikmiş məhəbbət daşıyacağam.


Sən mənim ömrümdə açan çiçəksən,
Onu ürəyimdə bəsləyəcəyəm.
Sən məni heç zaman görməyəcəksən,
Mən səni hər zaman gözləyəcəyəm.


Uzaqdan göz qoyub, gözünə sənin,
Sanki, görəcəyəm Allahımı mən.
Düşüb qarış-qarış izinə sənin,
Əzbərləyəcəyəm yollarını mən.


Səni zərrə-zərrə kəşf edəcəyəm,
Səni milyon kərə kəşf edəcəyəm.
Hər günü adınla başlayacağam,
Hər günü adınla bitirəcəyəm.


Səni röyalarda oxşayacağam,
Səni xəyallarda itirəcəyəm.
Sən məni, heç zaman duymaycaqsan,
Mən bütün ömrünü izləyəcəyəm.


Sən mənə, məhəl də qoymayacaqsan,
Mən səni, həmişə səsləyəcəyəm.
Hər gün,mənim üçün doğulacaqsan,
Hər gün, mənim üçün yox olacaqsan,


Mənim sevincim də sən olacaqsan,
Mənim kədərim də sən olacaqsan.
Mən sənin adına hər saat, hər an,
Qəlbimdə məktublar yollayacağam.


Sən heç vaxt fikrimdən çıxmayacaqsan,
Mən heç Ardı »

Cabir NovruzSəni Röyalarda Oxşayacağam

Sən gizli gəlmisən ömrümə, inan,
Bu gizli eşq ilə yaşayacağam.
Dünyanın ən ağır yükü sayılan,
Gecikmiş məhəbbət yaşayacağam.
Sən mənim ömrümdə açan çiçəksən,
Onu ürəyimdə bəsləyəcəyəm.
Sən məni heç zaman görməyəcəksən,
Mən səni hər zaman gözləyəcəyəm.

Uzaqdan göz qoyub gözünə sənin,
Sankı görəcəyəm allahımı mən.
Düşüb qarış-qarış izinə sənin,
Əzbərləyəcəyəm yollarını mən.


Səni zərrə-zərrə kəşf edəcəyəm,
Səni milyon kərə kəşf edəcəyəm.
Oğlunu,qızını öyrənəcəyəm,
Rəngini, qoxunu öyrənəcəyəm.

Hər günü adınla başlayacağam,
Hər günü adınla bitirəcəyəm.
Səni röyalarda oxşayacağam,
Səni xəyallarda itirəcəyəm.

Sən məni heç zaman duymayacaqsan,
Mən bütün ömrünü izləyəcəyəm.
Sən mənə məhəl də qoymayacaqsan,
Mən səni həmişə səsləyəcəyəm.

Hər gün mənim üçün doğulacaqsan,
Hər gün mənim üçün yox olacaqsan.
Mənim sevincim də sən olacaqsan,
Mənim kədərim də sən olacaqsan.

Mən sənin adına hər saat, hər an
Qəlbimdə məktublar Ardı »

Cabir Novruzİnana Bilmirəm.

İllerim ötüşür karvanlar teki,
Gah seher görürem, gah da ki axşam.
İnana bilmirem, gün gelecek ki,
Men de bu dünyada olmayacağam.
İnana bilmirem bu heqiqete,
Ölüm dediyimiz ebediyyete.
Onlarla tanışlar ötürmüşem men,
Çiynime tabutlar götürmüşem men,
Ne qeder adamı defn elemişem,
Bacımı, atamı defn elemişem,
Yüz yol alışmışam__ odlanmışam men,
Fexri qaraulda dayanmışam men,
Ne qeder ömürler suala dönüb,
Körrpeler yox olub, xeyala dönüb,
Bir göz qırpımında itib adamlar,
Sağımdan, solumdan gedib adamlar,
Hey üreyi qemli, hey qanı qara,
Baxmışam sahilsiz qebristanlara,
Uldduzlar sanında mezar görmüşem,
Yene de özümü ölmez bilmişem,
Heç inanmamışam gün gelecek ki,
Men de köçeceyem milyonlar teki.
Ardı »