beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qış mövsümündə qidalanma

Harran Universitetinin Tibb Fakültəsinin pəhriz mütəxəssisi Məryəm Yılmaz qış mövsümündə bəzi insanların hərəkət etmə və digər fəaliyyətlərinin aşağı düşdüyünü qeyd edərək qidalama movzusunda bir sıra təkliflər verib. Mütəxəssis bu fəsildə daha çox C vitamini ilə zəngin qidaların və quru meyvələrin yeyilməsini uyğun görür.
C vitamini dediyimiz zaman ağlımıza dərhal naringi, portağal, kivi, qreypfrut kimi meyvələr gəlir. Həqiqətən bu tərz qidaları gündəlik həyatımızda çoxlu istifadə edilməlidir. Bu meyvələr həmdə qışın ən çox yeyilən meyvələri hesab olunur. Naringinin tərkibində antioksidant olduğundan damarlar, xüsusən də kapilyarlar güclənir. Bu meyvənin suyu ürəyin zərər görməsinin qarşısını alır və bədəndə olan əzik nahiyələrin sağalmasına kömək edir. Qış mövsümündə çoxlu istifadə edilən naringi tərkibindəki fol turşusu və liflər sayəsində öskürəyi və xolestrolu azaldır. Bağırsaq parazitlərinin tökülməsi üçün xeyirlidir. Bundan əlavə portağal, naringi, qreypfrutun tərkibində bolluca A, C və E vitamini, karbohidrat, kalium, fol turşusu və bioflavin var.
Qış meyvələrindən olan kivi vitaminlərlə zəngin olduğundan soyuqdəymə və s. xəstəliklərə faydalıdır.
Bu fəsilndə qış meyvələri içərisində armudu xüsusi qeyd etmək lazımdır. Bu meyvə mədəyə xeyirli olub həzmi asanlaşdırır, ürəyin tez-tez döyünməsinin qarşısını alır və tərkibi A, B1, B2, B3, B6, C vitaminləri ilə zəngindir. Qandakı sidik cövhəri turşusu və duzlarının təmizlənməsinə, böyrəklərin normal işləməsinə kömək edir, daş və duz problemlərinin də həllində xeyirlidir. Armudun digər xeyirli cəhəti qəbizliyin qarşısını alıb sidik qovucu olmasıdır. Yüksək təzyiqin aşağı salınıb, qanın təmizlənməsində də armuddan istifadə edə bilərsiniz.
B1, B2, C, A və E vitaminləri ilə zəngin olan banan eyni zamanda dəmir, kalium, natrium, yod cəhətdən də zəngindir. Əsəblərin sakitləşməsində faydalıdır. Ürək əzələlərinin inkişafına kömək edən banan yodla zəngin olduğu üçün tiroid vəzinin normal fəaliyyətinə də yardım edir. Sümük möhkəmlənməsinə kömək etdiyi üçün uşaqların çox yeməsi məsləhətlidir.
Digər xeyirli meyvələrdən olan alma baş ağrısına, bağırsaqdakı parazitlərin tökülməsinə, qan şəkərinin nəzarətdə saxlanmasına kömək edir. Alma ilə armudu birlikdə yesəniz, qəbizlik problemindən qurtulmuş olarsınız. Alma kalium, B3, karbohidrat, liflə zəngindir. Pəhriz mütəxəssisi Məryəm Yılmaz, hazır qidalar yerinə quru meyvələri, yağlı toxumları, fındıq, fıstıq, qoz kimi çərəzlərində faydalı olduğunu bildirib.
C vitamini cəhətdən zəngin olan yeməklərin qış dövründə tez-tez istifadə edilməsinin lazım olduğunu bildirib.
Onun sözlərinə görə qış fəslində yaz dövrünə nisbətən tərləmənin olmamasına baxmayaraq bu dövrdə gündəlik su qəbulu 2,5 litrdən aşağı düşməməlidir.


Tarix: 21.01.2015 / 17:23 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Qidalanma və Dieta