beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şərabın faydası

Qırmızı şərab xərçəng və piylənmənin qarşısını almağa kömək edir. Alimlərin fikrincə, sağlamlığı barədə düşünən insanlar bu işçini rasionlarına daxil edə bilərlər.
Təbii ki, az miqdarda (kişilər üçün gündə iki bokal, qadınlar üçün gündə 1). "Komsomolskaya pravda"-nın verdiyi məlumata görə, bu şərab növünün depresiyada da faydalı olduğu bəlli olub. Bundan əlavə o, həzmi asanlaşdırır.

Amerikanın Perdyu universitetinin professoru Ki Xu Kim iddia edir ki, qırmızı şərab piy hüseyrələrini məhv edərək, piylənmə ilə effektiv mübarizə aparır.
Belə ki, onun tərkibindəki piseatanol adlı kimyəvi maddə orqanizmdə yeni piy hüceyrələrinin böyüməsinin qarşısını alır. Bu maddə ürək-damar və onkoloji xəstəliklərlədə mübarizəyə kömək edir.

İndi amerikalı alimlər insanların hər hansı pəhriz saxlamadan və fiziki işlə məşğul olmadan formada qalmaları üçün piseatanolun orqanizmində lazım olan səviyyəsini öyrənməyə çalışırlar.


Tarix: 21.01.2015 / 13:44 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Qidalanma və Dieta