beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çeynəmənin həzmdə rolu

Bildiyimiz kimi, bədənimiz yeməklərin mədədə parçalanmasına köməkçi olmaq üçün həzm fermentləri ifraz edir və beləcə qəbul olunan qidaları enerjiyə çevirir.
Yeməklərin tələsik qəbulu isə həzmsizlik, qəbizlik və digər həzm problemlərinə imkan yaradır.
Sağlam bir həzm üçün qidanı düzgün çeynəmək vacibdir. Çeynəmə zamanı böyük parçalar daha kiçik hissəciklər halına gəlir və həzm prosesi asanlaşır.
Əks alda enerji səviyyəsində düşmə olur.
Onuda qeyd etmək lazımdır ki, kifayət qədər parçalanmamış yeməklər yoğun bağırsaqda bakteriyaların həddindən artıq çoxalmasına səbəb olur.
Misal olaraq, çoxlu ət yemək mədədə yalançı «toxluq» hissi yaratmaqla qan damarlarında korluq yaradır. Bununla da yoğun bağırsağa düşmüş ətin böyük hissəsi qana sorula bilmir və nəticədə uzun müddət orada qalaraq çürüyür. Bu isə bakteriyaların yaranmasına səbəb olur. Bir çox təhlükəli xəstəliklər də məhz bu prosesdən sonra qan vasitəsilə bütün bədənə yayılır.
Əgər meyvə-tərəvəz yarım saata, düyü 1 saata, yumurta və vələmir yarması 1 saat 20 dəqiqəyə, təzə süd 2 saata həzm olursa, ət 5-6 saata həzm olunur.
Bu baxımdan bu cür qidaların qəbulunda ehtiyyatlı olmaq lazımdır. Həmin qidaların qəbulu zamanı yaxşı həzm üçün düzgün çeynənilmə əsasdır.
Bu qida qəbulu zamanı yaranacaq bakteriya törəməsi riskini azaldır. Bundan əlavə yeməklərin həzm kanalında hərəkətini asanlaşdırır.


Tarix: 21.01.2015 / 13:36 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Qidalanma və Dieta