beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşa uyğun qidalanma

Bir sıra elm adamları qidalanma ilə bərabər vitamin və mineral qəbulunun da yaşaqruplarına görə təyinini müdafiə edirlər. Bu məlumat Türkiyənin sağlamlıqla əlaqədar internet saytlarının birində dərc edilib. Həmçinin həblərlə deyil, təbii yollarla təmin edilməsinin lazım olduğu da vurğulanıb. Yaşlanma müddətini yavaşlatmaq üçün isə lazimi prosedurlardan əlavə qəbul olunan qidalar keyfiyyətli olmalıdır. Yetkinlikdən əlli yaşadək hər yaş qrupu sağlam və gümrah olmaq üçün düzgün qidalanmağa üstünlük verməlidir.
Uşaqlıq və yetkinlik dövrlərində doğru qidalanmaya mümkün qədər tez fikir verilməlidir. Uşaqlıq və yetkinlik illəri böyümə və inkişaf dövrləri olduğundan bu dövrdə vitamin və minerallara laqeyd yanaşılmamalıdır. Kalsium sümüklərin və dişlərin inkişafı üçün vacib olduğundan süd və süd məhsullarından istifadə vacibdir.
Ayrıca həyatlarının irəliləyən dövrlərində ürək xəstəlikləri və Altsheymer riski ilə qarşı-qarşıya qalmaq istəməyən gənclər indidən tərkibi yüksək nisbətdə olan yağlardan, xüsusilə doymuş yağlardan uzaq dayanmalıdırlar. Yetkinlik dövründə bəzi qızlarda dəmir əskikliyi olarsa, istəyə görə ət və qabıqlı dəniz məhsulları, kartof, yarpaqlı tərəvəzlər kimi dəmir baxımından zəngin olan bir proqram tərtib edə bilərlər.
İnsan həyatının məhsuldar dövrü hesab olunan 20 və daha çox yaş dövrləri hərəkətli dövr olduğundan sağlam həyat üçün vacibdir. Bu dövrlərdə düzgün qidalanmaq əhəmiyyətlidir. Karbohidratlar, nişastalı qidalar, tərəvəz, meyvə, süd və protein məhsulları ilə bərabər, zəngin balıq, yumurta, fındıq yeyərək balanslı bir qida rasionu tətbiq etmək olar. Ehtiyacınız olan vitamin və mineralları da bu yolla almaq mümkündür. Həmin dövrlərdə ana-ata olmağı planlayanlar isə qidalanma siyahılarında vacib qidalara üstünlük verilməlidir. Ət, balıq, süd, yumurta, qoz-fındıq, soğan və pendir sperma artımına və bədənin sinkə olan ehtiyacını ödəmək baxımından gərəkli qidalar hesab olunur. Maqnezium əzələləri rahatlaşdırıcı təsiriylə ədəd dövründə meydana gələn qarın kramplarının aradan qaldırılmasına kömək edir. Məlumatda həmçinin soyalı bitkilərdə, paxlalılarda, balıqda, ətdə, lifli yaşıl tərəvəzlərdə, bananda və almada, quru ərik meyvəsində bol miqdarda maqnezium olduğu bildirilir.
30 yaşı olanlar və uşaq sahibi olmağı düşünən hamilə qadınlar qidalanma siyahılarına həm hamiləlikdən əvvəl, həm də hamiləliyin ilk üç ayında 400mcg fol turşusu əlavə edə bilərlər. Məlumata görə fol turşusu, körpənin ana bətnində sağlam bir şəkildə inkişaf edə bilməsi baxımından həyati əhəmiyyət daşıyır. Kişi və qadın məhsuldarlığı üçün bu yaşlarda sink və E vitamini əhəmiyyətli hesab olunur.


Tarix: 21.01.2015 / 13:27 Müəllif: Aziza Baxılıb: 139 Bölmə: Qidalanma və Dieta