beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuya görə qidalanma

ABŞ-ın Pensilvaniya Universiteti yuxi ilə qidalanlmaya dair maraqlı araşdırma aparıb. Məlumatda bildirilir ki, nə qədər yatdığımız hansı xəstəliklərə yoluxma riskimizin daha çox olduğunu müəyyən edir. Yuxu tipinizi bilərək həm xəstəliklərdən qoruna, həm də necə qidalanacağınızı öyrənə bilərsiniz.

1 tip
Çox az yatanlar 0-4 saat
Gün ərzində özlərini halsız, yuxulu hiss edirlər. Bədənləri çox zaman susuz qalır və xəstəliklərlə bağlı mübarizədə aciz olur.
Piylənmə və diabet kimi xsətəliklər riski böyük olur. Hüceyrələrdəki şəkər hormonunu tənzimləyən insulin azalır. Bu şəkildə yatmaq yüksək təzyiq riskini artırır və nəticədə diabet yaranır. Çox az yatanlar çəki artırmağada meyilli olurlar. Onlarda stress hormonu olan kortizolun səviyyəsi yüksəlir və iştahları açılır.
Bu tipdə yatanlar günə 1 stəkan pomidor şirəsi ilə başlaya bilərlər. Qırmızıbibər və ya qreyfurt kimi meyvə-tərəvəzdən də faydalanmaq olar.

2 tip
Gündə 5-6 saat yatanlar
Az yatanlar çox kalori istifadə edənlərdir. Bu tipdə yuxu yatanlarda C vitamini əksikliyi ola bilər. İflic və infarkt riski yüksəkdir. Az yuxu ürək xəstəlikləri riskinidə artırır.
Yaxşı ki, gündəlik rasiona C vitamini əlavə etmək elədə çətin deyil. Məsələn limon, naringi, portağal yeyin, gündə bir necə ədəd qozdan istifadə edin.

3 tip
Çox yatanlar -9 saat və daha çox
Belələri 9-saatdan çox yatsalarda özlərini yorğun hiss edirlər. Beyin üçün önəmli maddələrin alınmasında problem yarana bilər. Çox yatmaq yorğunluq, enerjisizlik kimi fəsadlara yol aça bilər.
Əgər çox yatanlar kateqoriyasına aidsəniz gün ərzində azı 30 qram qara şokolad yeməlisiz. Daha çox hind quşu əti, yumurta kimi məhsulları rasiona daxil etmək olar.

4 tip
İdeal yuxu - 7-8 saat
İdeal yuxu yatanların qidalanması bir tipli olmur. Onlar hər şeydən az yeməyə və çox su içməyə çalışırlar. Beyin hər növdə vitamin aldığı və susuz qalmadığı üçün artıq yemək tələb etmir və xəstəlik riski azalmış olur.


Tarix: 21.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 152 Bölmə: Qidalanma və Dieta