beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

30 yaşdan sonra niyə kökəlmə olur?

30-yaşdan sonra qadınların nə üçün kökəlməyə daha çox meyilli olmasının səbəbi açıqlanıb. Britaniyalı alimlərin fikrincə, buna səbəb hormonal dəyişiklikdir.

Belə ki, bədən formasında dəyişiklik hətta gənclik illərində gözəl ölçülərə sahib olan qadınlarda belə müşahidə edilir. Çünki, 40 yaşa yaxınlaşdıqca, estradiol və proqesteronun səviyyəsi azalır. Adıçəkilən hormonlar metobolizmin sürəti və uşaq dünyaya gətirmək imkanlarına cavabdehdirlər.
Bunun nəticəsində maddələr mübadiləsi prosesi sürətini azaldır ki, bu da çəki artımına yol açır.

Kişilərdə isə 30-40 yaşdan sonrakı kökəlmə adətən passiv həyat tərzinə üstünlük verilməsi və pivəyə meyilliklə bağlı olur.

Mütəxəssislərin isə məsləhəti eynidir - sağlam qidalanaın və idmanla məşğul olun.


Tarix: 21.01.2015 / 13:19 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Qidalanma və Dieta