beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyrəkləri təmizləyən qidalar

Böyrəklərin yaxşı fəaliyyəti üçün bu yeməklərdən istifadə etmək uyğun görülür. Sağlam bir həyat üçün böyrək funksiyalarının düzgün bir şəkildə fəaliyyət göstərməsi son dərəcə əhəmiyyətlidir. Böyrək daşının meydana gəlməsinə maneə törətmək və gələcəkdə daha ciddi böyrək xəstəlikləriylə qarşı-qarşıya qalmamaq üçün böyrəklərin lazımsız və zərərli ünsürlərdən nizamlı olaraq təmizlənməsi vacibdir.
Böyrəkləri təmizləyən faydalı və lazımlı məhsullara bərabər, giləmeyvələrin, zəncəfilin, qatığın, cəfərinin, balqabaq tumunun, kurkumanın da faydalı olduğu bildirilir.
Böyrəkdən lazımsız ünsürləri təmizləməyə kömək edən çiyələk, böyürtkən, qarağat, üzüm və s. giləmeyvələrin təbiət tərəfindən bir çox xəstəliklərlə mübarizə aparmaq üçün antioksidant baxımından olduqca zəngin olduğu bildirilir. O, həmdə böyrək sağlamlığını gücləndirir.
Zəncəfilin qanı və böyrəyi toksinlərdən təmizləməyə kömək etdiyi, çiy və ya bişmiş halda böyrək üçün ən yaxşı yeməklərdən biri hesab olunur.
Diabet xəstələrinin böyrək sağlamlığını qorumasına da yardımcı olduğu bildirilir.
Qatıq kimi mayalanmış süd məhsulları probiotik olmaları baxımından böyrək sağlamlığında əhəmiyyətlidir. Saxladığı xeyirli bakteriyalar böyrəyin immunitet qazanmasını təmin edir.
Cəfəri böyrək sağlamlığı üçün, xüsusilə də böyrək daşı müalicəsi üçün olduqca təsirlidir.
Balqabaq tumunun antioksidant, mineral və vitamin baxımından zəngin olduğu bildirilir və böyrəyi sərbəst radikallardan qoruyur.
Məlumatda oda bildirilir ki, uzun kurkuma antiseptik xüsusiyyət daşıdığından bu bitki bir çox dərmanın da içində var.


Tarix: 21.01.2015 / 13:00 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Qidalanma və Dieta