beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz ətrafında olan problemlər və onun müalicəsində qidalanmanın əhəmiyyəti

Türkiyənin sağlamlıq saytlarında göz və onun müalicə yolları haqda məlumatlara tez-tez rast gəlirik.

Bu məlumatların birində günümüzdə aktual mövzulardan biri olan göz ətrafında olan problemlər və onun müalicəsində qidalanmanın əhəmiyyətinə toxunulub.

Bu vacib mövzuda tərkibində antioksidant və sink olan məhsullarla qidalanmaq məsləhət görülüb.
Bütün bunların yanında unudulmaması lazım olan bir başqa faktor isə nizamsız qidalanmanın göz ətrafındakı bənövşəyilikləri artıra bilməsidir.

Antioksidant vitaminlərdən kasıb bir dieta qəbul edilməsi, sinkin qeyri-kafi qəbulu, tərəvəz və meyvənin yetərincə istifadə edilməməsi göz ətrafındakı problemlərə səbəb ola bilər. Günümüzdə aktual mövzulardan biri olan göz ətrafında problemləri həll etmək üçün göz altı bənövşəyiliklərini aradan qaldırmaq üçün balanslı qidalanmaq, nizamlı yatmaq, spirt və siqaret istifadə etməmək, yüksək yastıqla yatmaq, dərinin altında olan allergiya xəstəliklərini müəyyən etmək, günəş qoruyucusundan istifadə etmək (qış ayları da daxil olmaqla), tərkibində vitamin K olan göz ətrafı kremindən, retinoid ehtiva edən göz kremlərindən, AHA tətbiqlərindən (göz ətrafına edilən kimyəvi peeling) faydalanmağın effektli olduğu bildirilr.


Tarix: 21.01.2015 / 12:54 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Qidalanma və Dieta