beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəkərdən çox istifadə edənlərin diqqətinə!

Qanda yüksələn şəkər miqdarının bədəndə zəhər təsiri buraxdığı müəyyənləşib. İstanbul Üniversitesi Cərrahpaşa adına Tibb Fakültesi Daxili xəstəliklər ve Endokrinologiya elmi üzrə müəllim Prof. Həkim Zeyneb Oşar Siva, Türkiyə’də köklük xəstəliyinin artması ilə yanaşı olaraq şəkər xəstələrinin sayının artdığını söyləyib. Şəkər xəstəliyində bel nahiyəsi önəmli göstəricidir deyə fikrini bildirib. Köklüyün bədəndəki yağın toxumalarda artdığını izah edən Prof. Həkim. Siva, sözlərinə bu cümlələrlə davam edib:"Xüsusilə qarın tipli köklük, şəkər xəstəliyi üçün risk meydana gətirir. Çünki sayca çoxalan və həcmi böyüyən yağ hüceyrələri şəkər meydana gəlməsini asanlaşdıran bəzi maddələr ifraz edir. Bunun nəticəsində də insulin müqavimətinə yol açırlar və şəkər xəstəliyinə səbəb olur. Şəkər xəstəliyində bel ətrafı əhəmiyyətli bir göstəricidir. Kilolu, çox şəkər qəbul edənlərin ailəsində şəkər xəstəsi olan insanlar diqqətli olmalıdırlar. Unudulmamalıdır ki, çox şəkər bədəndə zəhər təsiri edir. Damarlarla bütün bədəndə gəzərək orqanlara ziyan verə bilər."
Şəkər xəstələrinin 80 faizi artıq çəkidən əmələ gəlir.
Şəkər xəstəliyi uzun müddət nəzarətsiz bir şəkildə gedərsə sinir uclarında problem yarada bilir. Xəstələrə diaqnoz qoyulduğunda yüzdə 30-unun sinir uclarında problem olduğunu ifadə edən Prof. Həkim. Siva, mövzu ilə bağlı düşüncələrini bu cür ifadə edib: "Şəkər xəstəliyi, əlamət vermədən səssizcə irəliləyə bilər. Türkiyədə nə qədər şəkər xəstəsi varsa, bir o qədər sayda da xəstə olduğunu bilməyən vardır. Şəkər xəstəliyində çox su içmək, gecə iki dəfədən çox sidiyə qalxmaq, ayaqlarda yanma, uyğunlaşma, bulanıq görmə, halsızlıq, yorğunluq, konsentrasiya pozuqluğu kimi əlamətlərlə müşahidə olunur. Bu əlamətlərdən ən azı 2-ni özündə görən şəxs azolan daxili xəstəlikləri üzrə mütəxəssisə müraciət etməli, şəkər səviyyələrini ölçültməlidirlər. Lakin risk altında olan kəslərin ailəsində şəkər xəstəsi varsa həmin kəslərin əlamətləri olmasa belə şəkər səviyyələrini ölçültmələri lazımdır. Hər kəsə həftədə 150 dəqiqə məşq edərək artıq çəkilərinin yalnız 10 %-ni verməsini təklif edirik. Çünki şəkər xəstələrinin 80%-i çox kilolu olur.
Bədəndə müəyyən miqdarda şəkər olmadığı zaman bədənin fəaliyyətlərində müxtəlif problemlərin olacağına işarə edən Prof. Həkim Zeynəb Oşar Siva, sözlərində: Mövcud insülinin təsirinin zəifləməsi və ya miqdarının qeyri-kafi olması səbəbiylə bədən, orqan və toxumalar şəkəri istifadə etmədikdə, qanda şəkər yüksəlir. Dolaşımla hər yerə çatır və orqanlarda ziyana səbəb olur. Bir adamın aclıqda alınan şəkəri 99-a qədər normal dəyərdir. 126-ya qədəri şəkər xəstəliyinə bir addım yaxınlaşanlar, 126 və ya daha çox olanlara isə şəkər xəstəsi deyirik. Bir şəkər xəstəsi 5 il boyunca şəkərini nəzarət altına almazsa bütün damarları təsirlənir. Damarların yanında göz, sinir uclarında problemlər yaranır, hissetmə zəifləyir, ayaq yaraları, nevropatik ağrılar və ya böyrəklərdə çatışmazlıq və diyalize qədər gedən böyrək xəstəliklərinə səbəb ola bilir. Qan şəkəri yaxşı gedərsə bunların heç biri olmaz.
Şəkər xəstəliyi, şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə Ümumdünya diabet günü qeyd olunur. 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib.
Bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri yeralmasıdır. Onlar kartofu kabab kimi və ya buxarda bişirib yeyə bilərlər. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir.
Xəstələrin şəkərə olan ehtiyacını təmin etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30q abqora içsələr, onların şəkəri aşağı düşər. Onlara çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək məsləhət görülür. Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər. Susuzluq. Xəstələr tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq hallarında istifadə edirlər.
Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluqu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biri də portağal və ya narıngidən hazırlanmış çox şirin olmayan şərbətdir.
Susuzluğu aradan qaldırmaqda ayran sınanmış bir içkidir.


Tarix: 21.01.2015 / 12:48 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Qidalanma və Dieta