beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dietanı pozan 10 səhv addım

Pəhriz saxlamağınıza baxmayaraq çəkiniz azalmırsa demək hardasa nə isə səhv edirsiniz. Sizlərə pəhrizi pozan 10 xətanı təqdim edirik:

1. Yemək yeməmək
Yeməyi ötürməyi vərdiş halına salmayın. Çünki ötürülən hər yeməkdən sonrakı yeməkdən daha çox qida qəbul edilir. Az və tez-tez qidalanmağa çalışın.
Üç saatdan çox ac qalmayın. Bu yolla həzm sistemi, qan şəkəri tənzimlənir və aclıq hiss etmirsiniz.

2.Pəhriz məhsullarına aldanmaq
Bəzi məhsulların üzərinə yazılan "light" onun istənilən qədər qəbul edilə biləcəyinə icazə olduğu mənasına gəlmir. Çünki onların tərkibində şəkər olmasa belə, yağ, un,duz kimi dadlandırıcılar var. Buna görə də onlar enerji dəyəri yüksəkdir. Nə isə almamışdan qabaq üzərindəki yarlıqlar yaxşı və diqqətlə oxunmalıdır.

3. Az su içmək
Orqanizmin təmizliyi üçün gündə 2-2,5 litr su içmək mütləqdir. Suyun isti və ya soyuq olması əsas deyil. Aralarındakı tək fərq mədəni tərk etmək sürətləridir. Soyuq su mədəyi 20, isti su isə 80 dəqiqəyə tərk edir.

4. Maye kalori
Maye vasitəsilə qəbul edilən kaloriləri qulaqardına vurmayın. Bir stəkan meyvə suyu, limonad, şirin çay və ya kremli qəhvə məsum içki kimi görünsə də, kaloriləri elə də az deyil.

5. Karbohidratı tamam kəsmək
Çörəkdən tamamilə imtina etməyin, amma çalışın qara çörək, çovdarı seçin. Karbohidrat çatışmazlığı ani aclığa, şirniyyata həvəsə yol aça bilər. Kəpəkli çörək, bulqur, paxlalılar kimi qidalar həm arıqlamağa, həm də çəkini qoruyub saxlamağa kömək edər. Uzun müddət tox saxlayan bu məhsullar xərçəngə qarşı müdafiə, bağırsaqları işlətmək, vitamin və minerallarla təmin etmək qabiliyyətinədə malikdirlər.

6. Səhər yeməmək
Səhər yeməyi azı 10-12 saat aclıqdan sonra bədənə ehtiyacı olan enerjini verən yeməkdir. Səhər yuxudan oyanandan sonra ilk bir saat içərisində yemək yesəniz gün ərzində özünüzü daha canlı və dözümlü hiss edəcəksiniz.

7. Nəzarəti itirmək
Ayaqüstü, tələsik, maşında, telefonla danışa-danışa yemək ən xətalı vərdişimizdir. Bu şəkildə yemək toxluq hissi vermir və nəticədə gün ərzində normadan çox qida qəbul etmiş oluruq.

8. Tək tip pəhriz
Heç bir qida təkbaşına möcüzə yarada bilməz. Hamıya düşərli olan bir tipli pəhriz yoxdur. Hər uğursuz pəhriz bədənin zəifləməyə qarşı immunitetini gücləndirir və nəticə əldə etməyi çətinləşdirir.

9. Dəbli pəhriz
Qəzet, internet, jurnalda sürətlə arıqladan pəhriz yəqin ki, hər kəs bilir. Ancaq bunlar adətən aşağı karbonhidrat və yüksək proteinə əsaslandığı üçün bir necə aydan sonra 80 faiz hallarda atılan çəki geri alınır.

10.Uzunmüddətli aclıq
Uzun müddət ac qalmaq qanda şəkərin düşməsinə səbəb olur. Ac qalmaq növbəti gün daha çox yeməyə səbəb olur.


Tarix: 21.01.2015 / 12:47 Müəllif: Aziza Baxılıb: 117 Bölmə: Qidalanma və Dieta