beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balıq və tərəvəz ürək xəstəlikləri riskini azaldır

Tədqiqatçılar 5 il ərzində ürək xəstəliyindən əziyyət çəkən 31.546 insanın qidalanma prosesini və 2 cür diabet xəstəliyi üzrə problem yaşayan və ya insult keçirən kəslərin həyatını izləyiblər. Onlar müəyyən ediblər ki, balıq və tərəvəz pəhrizinə əməl edənlərin insult və infarkta 2-ci dəfə tutulma riski aşağı olur. Balığın insan orqanizminə xeyri çoxdur. Belə ki, "Archives of Neurology" tibb jurnalının may ayındakı nömrəsində dərc edilən bir tədqiqata görə çox balıq yeyən insanlar qocalan zaman digərlərinə nisbətən daha cox yaddaşa malik olurlar. Tədqiqatlarda balığın alsheymer və ürək tutması kimi xəstəliklərə təsirli olduğu bir daha göstərilmişdir.
Bu tədqiqatlarda tərkibində omeqa-3 yağı olan balıqların ürək xəstəliklərinin qarşısını almaqda böyük əhəmiyyətə malik olduğu vurğulanmışdır. O, həmçinin yaşlılıqda görülən göz zəifliyini aradan qaldırmağa da kömək edir. Rush Tibbi Tədqiqat Universitetinin epidemioloqu Martha Callare Morris "3178 insan üzərində aparılan tədqiqatlar nəticəsində həftədə bir dəfə balıq yeyənlərin düşünmə qabiliyyətindəki zəifləmənin digərlərinə nisbətən 10% az olduğunu müəyyən etdik" demişdir.
Tərəvəzlərdə insan orqanizmi üçün faydalı hesab olunur. Belə ki, artıq çəkidən əziyyət çəkənlərdə baş verən köklük, ürək və digər xəstəliklərə qarşı effektlidir.
Digər xəstəliklərə də dərmandır. Misal olaraq: bibər K vitamini ilə zəngin olduğundan qanın laxtalanma qabiliyyətini artıraraq qanamaları dayandırmağa kömək edir, brokoli xoş xasiyyətli prostat böyüməsi (BPH) və sidik yolları infeksiyasına qarşı önləyici və müalicə edici gücə malikdir, pomidor bol sidik qovucudur, paxla qidalandırıcıdır, enerji verər, bol vitaminlidir, kök uşaq ishallarını qarşısını almağa yardımcı olmaqla bərabər bağırsaq iltihaplarını aradan qaldırmağa da kömək edir, spanaq hamilə qadınlara xüsusilə tövsiyə edilir, qan azlığını tənzimləyir və ruhi çöküntünün və sarsıntının qarşısını almağa effektlidir, gül kələmi və kahı zehni yorğunluğu aradan qaldırır, göbələk yorğunluğu aradan qaldırır, düşünmə və qavrama qabiliyyətini inkişaf etdirir, kərəvəz iştah açandır və ağız qoxusunu aradan qaldırır, kələm yanıqdan ağrıya, ən pis xəstəliklərdən astmaya qədər bir çox xəstəliyə şəfadır, cəfəri diş qanamalarını keçirər və önləyir, kartof şəkər xəstələrinə faydalıdır və susuzluğu aradan qaldırmağa kömək edir, badımcan qan azlığını aradan qaldırır, qaraciyər və mədəaltı vəzinin nizamlı işini təmin edir, artıq çəkidən azad olmağa kömək edir, xiyar qaraciyəri və böyrəkləri işlədərək sidik qovucudur, sarımsaq ölümlərə səbəb olan arteriya kirəclənməsinə yaxşı təsir edir, soğan ürək-damar xəstəliklərinin qarşısını almaqda faydalıdır, tərə qadın və kişidə cinsi istəyi artırır, turpun isə antioksidant təsiri vardır.


Tarix: 21.01.2015 / 12:44 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Qidalanma və Dieta