beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dieta və daha az yemək üçün 7 vacib məsləhət!

Dietada olduğunuz müddətdə daha az qida qəbul edirsiniz. Bu halda sözügedən prosesi ac qalmaqla əlaqələndirmək düzgün deyildir.

Ac qalmaqla hansısa gözəl nəticə almağınız uzun sürməyəcək və itirdiyiniz artıq çəki yenidən özünüzə qayıdacaq.

Bu səbəbdən qəbul edəcəyiniz yemək porsunu azaltmağınız sizləri artıq çəkidən azad edəcək. Gəlin dieta və az yemək üçün 7 vacib məsləhətə baxaq:

1. Həftəyə başlamamışdan qabaq özünüzə həftəlik qida qəbulu siyahısı hazırlayın və yemək yeməmişdən qabaq həmin siyahını yoxlayın ki, artıq çəki gətirən qidalar qəbul etməyəsiniz.
2. Yeməkdə kiçik boşqablardan istifadə məsləhət görülür ki, bu avtomatik olaraq yemək porsunu azaltmağa və yemək qabaqlarına gələndə özlərini idarə və adaptasiya edə bilməyənlərə olduqça faydalı bir metoddur.
3. Yeməkdən 15 dəqiqə qabaq su için ki, mədənizi dolu hiss etdiyinizə görə az qida qəbul edəsiniz.
4. Qida qəbulunda salat yeyərək başlamaq faydalıdır. Tərkibində az kalori olan yeməklər yedikdə mədəniz dolu olar və digər artıq çəki yaradan kalorisi yüksək olan yeməklərdən az yemiş olarsınız.
5. Tələsməmək. Nə qədər yeməyi tələsməyərək yesəz bir o qədər tez doymaq mümkündür.
6. Cibinizdə həmişə saqqız olmalıdır ki. O həm dişlərinizə həm də mədənizi aldatmağınıza xeyri olsun. Çünkü, insan ac qalanda yemək yemək istəyir. Bu cür hallarda saqqız çeynəmək məsləhət görülür.
7. Yatmazdan əvvəl yemək yeməyin


Tarix: 21.01.2015 / 12:43 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qidalanma və Dieta