beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Karbohidratlı yeməklər haqda bilmədiklərimiz

Artıq çəkidən azad olmaq istəyənlər çörək, makaron və düyü məmulatlarından az istifadə edirlər. Lakin məsələ burasındadır ki, orqanizmimizin enerji üçün karbohidratlara ehtiyacı var. Bu qidalara tərkibində karbohidrat olan ağ çörək, ağ makaron, şəkər və keks daxildir.

Bu məmulatların tərkibində olan məmulatlar orqanizim tərəfindən tez istehlak olunur. Bu karbohidratlar sizdə bir müddət müəyyən enerji saxlasa da qısa müddət sonra siz yenidən acar və özünüzü çox yorğun hiss edərsiniz.

Lakin bütün karbohidratlar bu cür deyil. Bəzi tərəvəzlər və ya çox buğdalı məhsullar, yəni kompleks karbohidratlar qana və şəkərinizə zərər verməz, əksinə bədəniniz tərəfindən yavaş-yavaş istifadə olunar. Beləliklə daha uzun müddət özünüzü tox və gümrah hiss etmənizi təmin edərlər.
Karbohidratların yüksək kalorili olduğundan xəbərimiz var. Lakin bu o demək deyil ki, karbohidratlı yemək artıq çəkidən azad etməyinizə maneəçilik törədir. Ona görə də bəzi məmulatlar, yeməklər var ki, onların tərkibi karbohidratla zəngindir və artıq çəkiyə gətirib çıxarmır. Bu səbəbdən həmin qidaları, tərkibində zəngin karbohidratlar olsa da yemək olar.
Digər karbohidratlı yeməklərə tərəvəz və meyvələr də daxildir. Xüsusilə kartof, qovrulmuş qarğıdalı, göy noxud, karbohidrat baxımından zəngindir.
Pəhrizdə olduğunuz müddətdə göbələk, ispanaq, brokoli, pomidor, kök kimi yaşıl yarpaqlı və nişastasız tərəvəzlər tədarük etməlisiniz.
Onu da qeyd etmək lazımdır ki, meyvədəki karbohidrat təbii şəkərdir, bu səbəbdən istədiyiniz meyvəni istehlak edə bilərsiniz. Meyvələrdəki təbii şəkər, adi qəndə (kəllə qəndə) olan asılılığınızı azaltmağa kömək edər.
Çovdar çörəyinin rəngi qəhvəyi olmasına baxmayaraq tam buğdalı məmulat sayılmır. Ayrıca aldığınız məhsulun paketində yazılan çox taxıllı, kəpəkli kimi işarələr də sizi yanıltmasın. Bu məhsulun hamısının 100% tam taxıllı olduğunu nəzarət etməlisiniz.
Ümumiyyətlə tam taxıllı yeməklərin, xüsusilə də makaron yavan olduğundan şikayət edilir. Bu cür yeməkləri çox bişirməməyə diqqət etməlisiniz.
Ləzzətini artırmaq üçün müxtəlif ədviyyatlar istifadə edə bilərsiniz.
Karbohidratları günün hansı saatında qəbul etmək o qədər də önəmli deyil. Çünki, günorta yeməyi və ya axşam yeməyi fərq etməz, bədəniniz karbonhidratları eyni şəkildə tükədir. Lakin nəzərə alsaq ki, en çox yemək şam yeməyində yeyilir, o zaman karbohidratlı yeməkləri gündüz yemək məsləhətdir.


Tarix: 21.01.2015 / 12:43 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Qidalanma və Dieta