beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yemək üçün ən pis vaxt...

Yağlı qidadan zəhərlənməyin mümkünlüyü sirr deyil. Lakin qida qəbulunun vaxtı qidanın özü qədər mühümdür və əhəmiyyət kəsb edir.
Amerikalı həkimlərin dediklərinə görə, axşam saatlarında televizora baxarkən və ya kompüter arxasında işləyərkən yemək yemək izafi çəkinin formalaşmasına çox sürətli təkanlar verir.

"The Daily Mail" bildirir ki, siçanlar üzərində aparılmış eksperiment bunu təsdiqləyib. Gəmiricilərdən bir qrupuna yalnız gündüzlər 8 saat ərzində yemək imkan verilib. Digər qrup isə gecə-gündüz rahat yeyə bilib. Hər iki qrupa eyni miqdarda yemək verilsə də, ikinci qrupdakı siçanlar kökəliblər.

Deməli, çəki artımı "daxili saat"ın sapması nəticəsində baş verib.

ABŞ-ın Kaliforniya ştatındakı Solk Bioloji Tədqiqatlar İnstitutunun professoru, araşdırmanın rəhbəri Satçidanand Pandın dediyinə görə, sutkanın müəyyən vaxtlarında mədə, qaraciyər və əzələlər maksimall dərəcədə effektiv çalışır, başqa vaxtsa "yatırlar". Orqanizmdə hər əzanın belə ritmi var.

İstənilən vaxt yemək isə bədəndəki təbii mübadilə proseslərini pozur.


Tarix: 21.01.2015 / 12:32 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Qidalanma və Dieta