beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çörək və tərəvəz xərçəng yaradır?

Tərkibində kadmium metalı olan qidalar orqanizm üçün təhlükəlidir.
Alimlər tərəvəz və çörəyin döş xərçəngi riskini artırdığı qənaətinə gəliblər. MEDdaily saytının verdiyi məlumata görə, bu qidaların tərkibində kadmium toksiki metalın olması xərçəng hüceyrələrinin oyanmasına səbəb olur.

Alimlər 12 il müddətində 55987 qadın üzərində apardıqları araşdırmalar nəticəsində kadmiumun qəbululundan sonra 2112 qadının döş xərçəncinə yoluxduğunu müəyyənləşdiriblər.

Araşdırma nəticəsində o da müəyyənləşdirilib ki, kadmium metalı insan orqanizminə xeyirli komponentlərlə birlikdə daxil olan zaman xərçəngə yoluxma riski nisbətən azalır. Tərkibində kadmium olan qidalar isə əsasən çörək, kartof və tərəvəzlərdir.


Tarix: 21.01.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Qidalanma və Dieta