beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yağlı yemək beyni dağıdır

Yağlı qida insan beynində iştaha cavabdeh olan hüceyrələri dağıdır. Alimlərin fikrincə, məhz bu amil piylənməyə gətirib çıxarır. "The Daily Mail" in verdiyi məlumata görə, artıq çəkili insanlarda məhz bunun arıqlamağa mane olduğu ehtimal edilir.

Vaşinqton Universitetinin diabet və piylənmə araşdırmaları mərkəzinin mütəxəssisləri eksperiment aparıblar. Onlar siçanları tipik yüksək kalorili Amerika yeməkləri ilə qidalandırıblar və 3 gündən sonra gəmiricilərin iki dəfə çox kalori qəbul etməyə başladığını müəyyən ediblər.

Təcrübə zamanı qlizom adlanan baş beynin travma reaksiyası da qeydə alınıb. Qlioz - baş beyin toxumalarının bərpası prosesidir. Bu, bədəndə olan yara sağalandan sonra orada izin qalmasına bənzəyir. Bu cür toxuma artıq sağlam neyronlar kimi işləyə bilməz. Təcrübə rəhbərinin sözlərinə görə, adətən belə proses insult və ya skeleroz kimi baş beynin zədələnməsi halları zamanı baş verir. Hələlik neyronların bu travmasının daimi olub-olmadığı aydın deyil.


Tarix: 21.01.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Qidalanma və Dieta