beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Folqa Metal sancaqlı paket çayları içməyin!

Bu cür çaylar sağlamlıq üçün təhlükəlidir. Çünki belə çaylar isti suya salındıqda və uzun müddət qaldıqda metal sancaq çayın tərkibinə nüfuz edir.
Çayla birlikdə bədənə daxil olan ağır metal ionları isə qaraciyər, beyin, ağciyərdə problemlər yaradır və xərçəng xəstəliyinə səbəb olur.
Xüsusilə, limonlu çay içənlər qətiyyən metal sancaqlı çaylardan istifadə etməməlidirlər. Ona görə ki, limonda turşu olduğundan metalla reaksiyaya girir və orqanizmin daha çox metalla yüklənməsinə gətirib çıxarır. Bu cür çayların əvəzinə lifli, təbii materialdan hazırlanan, iplə və ya yapışdırılaraq bağlanmış paket çaylardan istifadə etmək məsləhət görülür. Əslində bəzi bitkiləri suda qaynadaraq və ya dəmləyərək hazırlamaq bu işin ən müsbət variantıdır.
Konservdə metal dadı təhlükədən xəbər verir
Balıq konservi və digər yeməklərin qoyulduğu tənəkə qutuların iç tərəfi plastik materialla örtülüdürsə, demək, standartlara uyğundur. Amma unutmayın ki, uzun müddət konservləşdirilmiş halda saxlanan qidalardan istifadə çox risklidir. Bu mənada son istifadə tarixinin bitməsinə az qalmış məhsullar yeyilərkən metal dadı verirsə, həmin qida təhlükəlidir. Son istifadə tarixi keçməsə belə, konserv metal dadırsa, ondan istifadə etməyin.
Folqalardan istifadə də məsləhət deyil
Alüminium folqa bəzi maddələrlə bir araya gəldikdə reaksiyaya girir. Xüsusilə, uzun müddət alüminium folqada qalan isti, sulu, turşulu yeməklər aşınmaya səbəb olur. Bu materialların davamlı olaraq istifadəsi alshaymer və xərçəng xəstəliyi kimi ciddi problemlərlə nəticələnə bilər. Alüminium folqaya bükülmüş qidanı mühafizə məqsədilə soyuducuda saxlamaq ziyanlı deyil. Lakin saxlanacaq qida sulu, çox duzlu və ya limonlu olmamalıdır. Qidanı sobada isitmək üçün də belə folqalardan istifadə etmək olmaz. Çünki yüksək istilik və yeməklərin bişirilməsi zamanı çıxan kimyəvi tərkibli buxar alüminium folqa ilə reaksiyaya girir ki, bu da qidaya qarışaraq orqanizmdə metal yığılmasına, sonda isə xərçəng, ağciyər, qaraciyər xəstəliklərinə səbəb olur. Yaxşı olar ki, alüminium folqa əvəzinə mumlu kağızdan istifadə edilsin.
Plastik stəkanlardan istifadə qadağandır.
İsti yemək-içmək zamanı plastik stəkan və qablardan istifadə yolverilməzdir. Belə materiallardan olan qab-qacaqlara tökülən 70-90 dərəcəli maye zərərlidir. Çünki isti maye plastik materialı əridir. Toksik maddələr əvvəlcə mayeyə, sonra ağız boşluğu vasitəsilə orqanizmə keçir. Bu isə xərçəng xəstəliyi ilə nəticələnir. İsti su ilə reaksiyaya girmə ehtimalı kağız stəkanlarda az olduğundan bu cür qablardan istifadə etmək daha əlverişlidir.


Tarix: 21.01.2015 / 11:21 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Qidalanma və Dieta