beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birdən-birə çox arıqlamaq düzgündürmü?!

Bildiyiniz kimi sağlam bir həyat yaşamaq üçün hər şeydən öncə çəkimizə diqqət edərək onu normada saxlamağımız önəmlidir. Lakin təəssüf ki, bəzən ehtiyac olandan daha çox arıqlama halları baş verir ki, bu da sağlamlığımıza ciddi təsir edir.
Həddindən artıq arıqlama halları aşağıdakı sağlıq problemlərinə səbəb ola bilər.

• Karbonhidrat adlandırılan pəhriz növü beynimizdə yaddaş gücünü artıran serotonin maddələrinə ziyan verir.
• Tez bir zamanda çox arıqlamaq istəyənlərdə təyziqin düşməsi ilə əlaqədar olaraq ürək xəstəlikləri başlaya bilər.
• Həddən çox arıqlamalar protein çatışmamazlığına və əzələ problemlərinə gətirib çıxarır.
• Zəifləmə vücudda vitamin və mineralların azalmasına həmçinin dəri xəstəliklərinə səbəb ola bilər.
• Eyni zamanda dəmir azlığından qanda da problemlər yaranmağa başlayır.

Mütəxəssislər pəhriz zamanı diqqətli olmağı və həkim nəzarəti altında pəhrizin daha məqsədəuyğun olduğunu bildirirlər.


Tarix: 21.01.2015 / 11:16 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Qidalanma və Dieta