beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvələrin insan orqanizmine faydası

Çiyələk

Strese xeyr edir, sakitləşdirici təsiri vardır,siqaret tüstüsün təsirini azaldır.Siqaret çəkilən bir otağdaykən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir.Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsirə malikdir.


Kivi

Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var. Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır.Xərçəngin yaranmasına mane olur,Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır.


Banan

Ürəyə və əzələ sisteminə yararlıdır,yorgunluğa xeyr edir, yüksək təzyiqin qarşısını alır.Yuxunu rejimə salır,mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir.Xolestrolu azaldır və mədə ağrısına faydalıdır .Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir.


Üzüm

Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimlər,qaraciyəri təmizləyər.Qara üzüm, qabığı və tumları ilə yeyilərsə hüceyrə yenilənir.Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimlənir.Lakin kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın.


Alma

Qanı və böyrəkləri təmizləyir, cildə parlaqlıq və gözəllik verir,soyuqdəyməyə və öskürəyə xeyirlidir.Həzm sistemindəki narahatlığa kömək edir, baş ağrısına xeyirlidir.Yüksək təzyiqi salır,qandakı şəkəri nəzarətdə saxlayır.Revmatizmaya kömək edir


Əncir

Bağırsaqları çalıştırır, enerji verir. Cinsəl gücə yardım edir.Yüksək qan təzyiqini azaldır.Sümük möhkəmliyini artırır.


Albalı

Giləsində şəkər nisbəti aşağı olduğu üçün daha az kaloridir.Qızdırmanı salır, susuzluğu keçirir. Tünd rəngli albalı açık rəngli olanlara nisbətən daha çox mineral tərkiblidir.


Armud

Ürək-damar sağlamlığı, aşağı qan təzyiqi və fiziki performansa xeyirli olan vitaminləri saxlayar.Yüksək təzyiqi olanlar və böyrəklərində problem yaşayanlar üçün faydalıdır.Qansızlıya və qəbizliyə yaxşı gəlir.


Ananas

Bakteriya və parazitlərlə mübarizədə faydalıdır.Həzmi asanlaşdırır. İltihablanma riskini azaltmaqda və yaraların tezliklə sağalmasında təsirlidir


Şaftalı

Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur, həzm sistemini düzgün işləməyinə kömək edər, həzmi asanlaşdırır.Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə yardım edir,böyrək daşı sökücüdür.


Tarix: 21.01.2015 / 11:16 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Qidalanma və Dieta