beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zenkerləmə

Zenker (alm. Senker - endirən) deşiklərin təmiz emalında tətbiq olunan texnoloji əməliyyatdır. Bu əməliyyat üçün istifadə olunan alətə zenker deyilir. Zenkerlə deşiyin qırağı yonularaq ona konuş forması verilir.

Zenkerlərin aşağıdakı növləri vardır:
Konus zenkerlər, bunların təpəsində konus formasıda 60° altında yerləşmiş kəsici tili olur. Zenkerin baş hissəsi həmişə gövdəsindən böyük olur. Dişlərinin sayı həmişə 3 və ya 5 olur.
Yastı zenkerlər, düz tilə malik olub, deşiyin ətrafında düzbucaqlı endirmələrin ayardılması üçün tətbiq olunurlar. Tilin mailliyi 180°-dir. Dişlərinin sayı 2, 3 və ya 4 ola bilər.
Spiral zenker, spiral burğu şəkilli olub 3 və ya 4 tili olur. Bu alətlə açılmış deşik genişləndirilir.

Zenker alətləri adətən tezkəsən alət poladından, ya da bərk xəlitədən hazırlanır.


Tarix: 22.03.2013 / 15:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 124 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari