beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daxili-İntizam və Fiziki hazırlıq

Mükəmməl fiziki hazırlığa yiyələnmək və daim saxlamaq üçün güclü daxili-intizam və iradə lazımdır. İşin yaxşı tərəfi isə odur ki, fiziki hazırlıq özü mükafatdır. Siz yalnız fiziki hərəkətlər edərkən deyil, yerdə qalan bütün vaxtıda özünüzü yaxşı hiss edirsiniz. Məqsədiniz uzun, sağlam həyat yaşamaq və daim mükəmməl fiziki hazırlığa malik olmaqdırsa, bu istəyinizdə heç bir məhdudiyyət yoxdur. Fiziki hazırlığınızı təmin etmək üçün Olimpiya oyunlarına və ya beatlon yarışlarına hazırlaşmağa ehtiyac yoxdur. Gündəlik həyatınıza sadəcə otuz-qırx dəqiqəlik fiziki hərəkətlər daxil etməklə bunu təmin etmək olar.

Ekspertlərə qulaq asın.

Fiziki hazırlıq instruktorlarının çoxu, istədiyiniz fiziki hazırlığa malik olmaq üçün həftədə 200-300 dəqiqə məşq etmək lazım olduğunu bildirirlər. Yəni hərəsi otuz-altmış dəqiqə olmaqla həftədə beş-yeddi gün. Ən azından hər gün yarım saat piyada gəzməklə siz sağlamlığınızı qorumuş olarsınız. Fiziki təlimlərinizi gündəlik altmış dəqiqəyə qaldırdıqda isə dünyanın ən sağlam 1 — 2 faiz insanları sırasına qoşularsınız.

İlk işiniz.

Fiziki təlim üçün ideal vaxt səhər yuxudan oyanan kimidir. Hər gün yuxudan qalxan kimi 30 — 60 dəqiqə fiziki təlimə vaxt ayıran adamlar əksər hallarda bu işi ömürlük adətə çevirirlər, və əksinə olaraq təlimi sonraya saxlayan adamlar ağır iş gününün sonunda çox yorğun olur və təlimləri növbəti günə kimi təxirə salırlar ki, həmin o növbəti gün də heç zaman gəlib çıxmır. Fiziki təlimi gündəlik adətə çevirmək güclü daxili-intizam tələb edir. Bunu yuxudan qalxan kimi ilk iş olaraq görmək isə işinizi xeyli asanlaşdırır.

Özünüzü «aldadın».

Mən özüm də daxil olmaqla çox adam, axşamdan idman paltarını yatağın yanına qoymaqla özünə kələk gəlir. Yuxudan oyanan kimi istər-istəməz ona ilişirsiniz. Yuxudan tam ayılmağa macal tapmamış artıq idman paltarında həyətdəki meydançada dayandığını görürsən. Və heç bir təlim etmədən geri qayıtmaq sadəcə mənasız görünür.

Səhər təlimdən qayıdan hər kəs gülümsəyir, şən və xoşbəxt görünür. Bu, 20 — 30 dəqiqədən sonra işə düşən təlim effektidir. Beyin endofrin istehsal etməyə başlayır.

İntellektinizi artırın.

Hər səhər fiziki təlimlər edən insanların daha ağıllı, iti düşüncəli və yaradıcı olduqları müəyyən edilmişdir. Onları intellekti daha yüksək göstəricilərə malik olur və onlar işlərini daha effektiv görmək üçün yeni ideyalara malik olurlar. Bunun səbəbi sadədir. Hər səhər fiziki təlimlər etməklə siz beyninizə oksigenlə zəngin qan axınını gücləndirir və bununla da onun effektiv fəaliyyətini təmin edirsiniz. Bu sizin gün ərzində ayıq, düşüncəli və yaradıcı olmanıza səbəb olur.

Yuxudan oyanan kimi fiziki təlim etmək sizin metabolik səviyyənizi növbəti pilləyə qaldırır. Nəticədə də bədəniniz bütün gün ərzində aktiv kalori yandırır. Fiziki təlimdən bir neçə saat sonrada çəki itirməkdə davam edirsiniz. Günün istənilən vaxtında fiziki təlimdən sonra siz acıyırsınız və bu aclıq, şirniyyat və ya digər buna oxşar qida deyil, sağlam qidaya olan ehtiyacdır.

Fiziki təlimləri həyat tərzinizə çevirin.

Mükəmməl fiziki hazırlığı təmin etmək üçün görə biləcəyiniz ən faydalı iş müxtəlif idman klublarına yazılmaq və daimi təlim kurslarına getməkdir. Siz hətta bir az artıq xərc çəkib şəxsi trener tuta bilərsiz ki, o sizinlə xüsusi proqramla və bir az artıq vaxt sərf etməklə məşğul olsun. Sizin inkişafınızda maraqlı olan, təlimlərə gəlməyinizi izləyən və sizinlə məşğul olan bir adamın varlığı sizin bu işlə aramsız məşğul olmağınızı asanlaşdıracaq, sizi daha həvəsli və məqsədyönlü edəcək. İndi çox adam şəxsi trener tutur. O sizin evinizə və ya iş yerinizə gələ və yaxud da siz xüsusi avadanlıqla təchiz edilmiş idman zalına gedə bilərsiniz. Şəxsi trenerdən istifadə edən insanlar bir qayda olaraq nəticələrdən razı qalırlar. Mükəmməl fiziki hazırlığa nail olmaq işinizdə əlavə bir adamın maraqlı olması, daim sizi ruhlandırması, çətinliklərinizdə kömək etməsi və peşəkar məsləhət verməsi işinizi xeyli asanlaşdırır və sizi daha da məqsədyönlü edir.

Təşkilati idmana qatılın.

Təşkilati və ya kollektiv idman fiziki hazırlığı yaxşılaşdırmağın ən yaxşı yoludur. Onlar vaxt və planlaşdırma məsələsində sizin üçün çətinliklər törədsədə nəticə heyrətamiz olacaq. Siz futbol, voleybol, tennis və s. bu kimi hansısa bir komandanın üzvü olduqda və trenerlə məşq etdikdə daha məsuliyyətli, intizamlı və diqqətli olursunuz. Məşqlərinizə daha ciddi yanaşaq və səylə çalışacaqsınız.

Yeni və yaxşı adətlər qazanın.

Təəssüf ki, fiziki hazırlıq və idman təlimləri güclü daxili-intizam tələb edir və hər adam bu işin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Hansı səviyyədə olmasından asılı olmayaraq daim məşq etmək zamanla adətə çevrilir və çox adam bu adətə alışa bilmir. Xoşbəxtlikdən, başlamaq heç zaman gec olmur. İstənilən vaxt fiziki durumunuzu yaxşılaşdırmaq qərarına gələ bilərsiniz. Elə bu dəqiqə fiziki təlimləri gündəlik adətə çevirəcəyinizə və bütün ömrünüz boyu davam etdirəcəyinizə söz verə və bu yolla da iradə və daxili-intizamınızı sınağa çəkə bilərsiniz.

Bu gün başlaya bilərsiniz.

Aramla inkişaf edin.

Yetmiş beş yaşına kimi o artıq on 36.5 kilometrlik və iki 73 kilometrlik marafonda iştirak etmişdir. Ən maraqlısı isə odur ki, o altmış səkkiz yaşına kimi heç zaman qaçmamışdır.

Qocalar evində, heç zaman fiziki hazırlığa önəm verməyən altmış səkkiz yaşlı bir qadın yaşayırdı. O bütün ömrü boyu zəhmət çəkmiş, ailəsinin qayğısına qalmış, nənə olmuş və indi isə qocalar evində rahat həyatını yaşayırdı. Bir gün o televiziyada qaçış yarışına baxır. Yarışın şərhçisi marafon yarışında bir neçə əlli və hətta altmış yaşlı iştirakçıların olduğunu bildirir. Onların çoxu idmanla ahıl yaşlarında məşğul olmağa başlamışdılar. Altmış səkkiz yaşlı bu qadında marafon yarışında iştirak edəcəyinə qərar verir. Yaxınlıqdakı dükana gedib idman çəkmələri alır və qocalar evinin həyətində aktiv yeriməyə başlayır. Növbəti həftələrdə yeridiyi məsafəni aramla artırır. Qaçış məşqlərinə dair kitablar alıb oxuyur və məsləhətlər axtarır. İki aydan sonra aktiv yeriməyə yüngül qaçmaq da əlavə edir. Altı aydan sonra qaçış məsafəsini və sürətini bir az da artırır. Bir ildən sonra o qısa məsafəli yerli marafon yarışında iştirak edir.

Sizin hansı bəhanəniz var? Altmış səkkiz yaşlı qadın bu qədər qoca yaşında qaçmağa başlayırsa siz də istənilən yaşda başlaya bilərsiniz.

Uzun sağlam həyatı təmin etməyin əsas şərti daimi fiziki təlimlərə başlamaq və bütün ömrün boyu davam etdirmək lazımdır. Daxili-intizam və iradənizdən istifadə edib fiziki təlimə başladıqda və bunu aramsız olaraq davam etdirdikdə özünüzü çox yaxşı hiss edəcək, özünüzdən razı qalacaq və fəxr edəcəksiniz.



Tapşırıq:

1. Bu gün həmin gündür! Mükəmməl fiziki hazırlıq səviyyəsi əldə edəcəyinizə söz verin və dərhal bu istiqamətdə fəaliyyətə keçin.

2. Tam tibbi müayinədən keçin ki, başlamazdan öncə səhhətinizin vəziyyətini və limitinizi biləsiniz.

3. Hər gün ən azı 30 dəqiqə yeriməyə başlayın, imkan daxilində səhər yuxudan qalxan kimi, ya da heç olmazsa dərhal işdən sonra.

4. Trenajor zalına və ya idman klubuna yazılın, bir illik üzvlük haqqını öncədən verin və mütəmadi olaraq məşqlərə gedin.

5. Şəxsi trener tutun və onunla tam proqram üzrə işləyin.

6. Eviniz üçün trenajor alın və onu televizorun qarşısında yerləşdirin. Bu yolla siz fiziki məşqləri gündəlik və ailə həyatınızın bir hissəsinə çevirmiş olacaqsınız.

7. Dərhal kəskin dəyişiklik gözləmədən məşqə aramla başlayın və səbirlə davam etdirin. Təmkinli, inadkar və məqsədyönlü olun.


Tarix: 04.12.2014 / 17:21 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: İdman və sağlamlıq