beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda İntihar, özünəqasd görmək

Kimin necə və nə üçün ölümündən asılı olaraq ölümlər müxtəlif cür şərh oluna bilər.Bu, ölümə aydınlıq gətirmək üçün hansı yuxuyozmanın daha çox ehtimal olunduğundan asılıdır.Bizim cəmiyyətdə ölümü qəbul etmə etikasının dəyişilməsi də yuxularda ölümə öz təsirini göstərir. Son zamanlar özünəqəsd və evtanaziya yuxuda ölümə öz təsirini göstərməyə başlayıb.Yuxuda intihar, özünəqəsd halları görülə bilər.Bunun səbəbi cəmiyyətdə qəbul olunmayan və istəklərin həyata keçirilməsi ilə bağlı yaranan qəddarlıq və təcavüzkarlıq ola bilər. Son zamanlar stress kimi hallar hər yerdə boğulmaqdan ölüm kimi müəyyən edilir. Xoşbəxtlikdən o real həyatda sizin “Mən”in can atdığı şeyi hiss etməyə imkan verəcək.Yuxuda tanımadığınız adamı öldürmüsünüzsə, bu o deməkdir ki, öz şəxsiyyətinizin sizə problem yaradan, sizi utandıran tərəfinə həmlə etməyə çalışırsınız.Yad adamı öldürərək siz həyatınızdan bu arzuolunmaz tərəfləri çıxarmaq istəyini həyata keçirirsiniz. Bu faydalı ola bilər. Ola bilsin ki, yuxuda özünüz-özünüz öldürmüsünüz, əlbəttə ki, siz tamamilə özünüzü deyil, öz şəxsiyyətinizin bir hissəsini öldürə bilərsiniz. Yuxuda özünəqəsdin müsbət cəhəti patoloji vərdişlərin öhdəsindən gəlmək və ya sizə narahatlıq verən şəxsiyyətinizin stereotiplərini aradan qaldırmağa işarədir. Mənfi keyfiyyətlərdən canınızı qurtarmaq üçün bir hissənizi məhv etməyə can atmağa dəyməz. Hər kəsin həyatında ətrafdakılardan etibarlı şəkildə gizlətdiyi qaranlıq tərəfləri var.Bu qaranlıq anlar qəbul olunmalı və konstruktiv şəkildə təhlil edilməlidir ki, pataloji hala çevrilməsin. Yuxuda intihar ciddi fikirləşmə obyektidir. Intihar aktı özünüzüdərketmə, özünüzü fərd kimi qiymətləndirmək barədə çox şey deyir. Belə yuxu təkrarlanarsa və bu fikirlə real həyatda da intihar haqqında fikirlər sizi rahat buraxmazsa, bu intihar obrazı sadə rəmzdən daha çox şeylər ifadə edə bilər.Əgər bu baş veribsə, mütləq öz həyatınız haqqında etibar etdiyiniz ən yaxın adamınızla danışın.


Tarix: 24.02.2014 / 22:13 Müəllif: Ebulfez Baxılıb: 259 Bölmə: İ hərfi