beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lenin haqqında lətifələr

-Vladimir İliç, Sizin yanınıza kənddən nümayəndələr gəlib.
- Nə gətiriblər?
- Təzə balıq.
- Neçə gün yol gəliblər?
- İki həftə.
- Balığın hamısını uşaqlara verin.
Tatar, yəhudi və çukça Leninin hansı millətdən olması barədə mübahisə edirlər.
Yəhudi deyir:
- Şübhə yoxdur ki, o, yəhudidir. “r” səsini deyə bilmir, əlini jiletinin cibinə qoyur. Bu, yəhudi ədasıdır.
- Yox – deyir tatar - Lenin tatar idi, Kazanda oxuyub, Kazanda yaşayıb..
Çukça:
- Amma Lenin çukçadır.
- Niyə?
- Çox ağıllı idi...
Kənddən Leninin yanına adamlar gəlir:
- Vladimir İliç, ərzaq sapalağını ləğv edin. Aclıqdan otların hamısını yedik. Belə getsə, mal kimi böyürəcəyik.
- Düz demirsiniz. Biz Feliks Edmundoviçlə bir çəllək bal yedik, amma arı kimi vızıldamırıq.
-Vladimir İliç, qiyamçılar həbs edilib. Nə edək?
- Güllələyin. Amma əvvəlcə çay içirdin. İsti çay haaa.
Teleqram: ”Moskva. Kreml. Leninə. Yoldaş Lenin, kasıb yəhudiyə kömək edin”. Səhəri gün Rabinoviçi lazım olan yerə çağırırlar:
- Ağlın başındadı? Lenin neçə ildir ölüb?
- Əşşi, nə vaxt sizə lazımdır, Lenin daim diridir, kasıb yəhudiyə lazım olanda deyirsiniz çoxdan ölüb.
Vladimir Lenin25 oktyabr 1917. Smolnı. Sosialist inqilabının qələbəsini elan edən Lenin deyir:
- Bundan sonra bütün Rusiya ərazisində 8 saatlıq iş günü elan edirəm və bazar günü istirahət ediləcək.
Sürəkli alqışlar.
- Əgər biz işlərimizi yaxşı qursaq, həftədə iki gün istirahət edə bilərik.
Adamlar qışqırırı: “Ura!
- Əgər biz Fordun texnologiyasını zavodlarda tətbiq edə bilsək, hər həftə üç gün dincələcəyik.
Hamı əl çalır, papaqlarını göyə atırlar.
Bir az gözləyəndən sonra Lenin məzəmmətlə deyir:
- Sizə baxıram, yoldaşlar, deyəsən, işləməyə heç həvəsiniz yoxdu!
-Vladimir İliç, Siz niyə “Oxumaq, oxumaq, yenə də oxumaq” şüarını verirdiniz?
- Mən elə şüar deməmişəm. Qələm yaxşı yazmırdı. Onu düzəldirdim.
Doktor mavzoleydən çıxır:
- Yaşayacaq!
Həkimlər Leninin dirildirlər. Biri o birindən soruşur:
-Əməliyyat necə keçdi?
-Uğurla.
-Pasiyentin ilk sözü nə oldu?
-Lenin yaşadı, Lenin yaşayır, Lenin yaşayacaq.
Krupskaya Brejnevin qəbuluna gəlir.
- Məni tanıyırsınız, şübhəsiz...
Suslov Brejnevin qulağına pıçıldayır:
- Bu, Nadejda Konstantinovnadır!
- Aaa. Nadejda Konstantinovna!
- Familiyamı da xatırlayırsınız?
Suslov pıçıldayır:
- Krupskaya!
- Əlbəttə, bilirəm, Krupskaya! Sizin əriniz Krupskini də tanıyıram. Bu xeyirxah qocanı kim tanımır?
Kommunizmə gedən qatar dayanır. Yol qurtarıb. Lenin:
– Hamı iməciliyə çıxsın. Yolu düzəldək. Relsləri kapitalistlərdən alaq. Biz olmasaq da, balalarımız kommunizmdə yaşayacaq. Stalin:
-Qatarın briqadasını və stansiya işçilərini güllələyin. Qalanlar şpal döşəsin.
Xruşşov:
– Hamıya bəraət verilsin. Qatarın arxasında olan relsləri söküb qabağa düzün. Otuz ildən sonra kommunizmə çatacağıq. Brejnev:
– Pəncərələrdəki pərdələri bağlayıb vaqonları yelləyin. Hər bir normal sovet adamı başa düşəcək ki, gedirik.
Andropov – pəncərədən baxmaq istədi və öldü. Çernenko cəhd eləməmiş öldü. Qorbaçov platformaya çıxdı, baxdı:
-Nə irəliyə yol var, nə geriyə. Ona görə qatarı yenidən qurmalıyıq.
Balaca qız gecə yata bilmirdi. Ana uşağı sakitləşdirmək istəyib soruşur ki, niyə yatmır? Qız deyir: "Qorxuram"
-Nədən?
- Tərbiyəçi məktəbdə dedi ki, Lenin diridir və o balaca uşaqları çox sevir...
Dzerjinski Leninə zəng edir:
- Vladimir İliç, nə vaxt güllələyək – nahardan əvvəl, yoxsa sonra?
- Mütləq nahardan əvvəl. Naharı isə fəhlələrin uşaqlarına verin.
- Lenin axmaq deyildi. Onun ilk işi torpaq haqda dekret oldu. Amma kəndlilər torpaq üzü görmədilər!
- Əvəzində kəndlilər də Leninə borclu qalmadılar – o da torpaq görmədi!..


Tarix: 28.11.2014 / 18:39 Müəllif: Aziza Baxılıb: 227 Bölmə: Ümumi Letifeler