beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ngilislər haqqında lətifələr

Turnir. Bir qız dayanıb, başına alma qoyublar. Birinci oxatan almanı vurub deyir:
- I am Robin Good!
İkinci oxatan da almanı vurub deyir:
- I am Richard Lions Heart!
Üçüncü düz ata bilmir, qızı öldürür:
- I am, I am... Sorry...
Edinburq qəzetinin redaksiyasına məktub gəlir:
- Əgər siz şotlandların xəsis olması barədə lətifələrin çapını təcili olaraq dayandırmasanız, mən günü sabahdan qəzetinizi qonşuma borc verməyəcəm.
Centlmen qonşu xanıma deyir:
- Madam, mən dünən Sizin mahnı oxumağınıza qulaq asdım.
Qadın qızarır:
- Nə danışırsınız! Mən sadəcə, vaxt öldürürdüm.
- Siz çox dəhşətli silah seçmişdiniz, madam...
Körpünün üstündə iki ingilis dayanıb çayda boğulanın harayına qulaq asır:
- Kömək edin, üzə bilmirəm!!!
Biri o birinə:
- Conson...
- Bəli..
- Siz üzə bilirsiniz?
- Təəssüf ki, yox.
- Mən də. Amma biz qışqırıb bütün şəhəri başımıza götürmürük...
Yazıçı xanım keşişlə Müqəddəs Kitabla bağlı mübahisə edir.
- Razılaşın ki, Allah taala əvvəlcə kişini, sonra qadını yaradıb – deyir keşiş.
- Sizinlə tamamilə razıyam. Mən də əvvəlcə qaralama yazıram.
Londonda restoran sahibi ofisiantdan soruşur:
- Bax o rus qırx dəqiqədir stolun arxasında yatıb. Niyə onu bayıra atmırsan?
- Niyə atım ki? On dəqiqədə bir dəfə onu oyadıram və o hər dəfə hesabı yenidən ödəyir.
Lord malikanəsində oturub. Qulluqçu gəlib deyir:
- Evdə oğru var, ser.
- Əla. Mənim tüfəngimi və ov paltarımı hazırla – dama-dama paltarımı.
Ev qulluqçusu:
- Madam, bir halda ki, Siz mənə etibar etmirsiniz, yaxşısı budu mən işləməyim.
- Necə yəni etibar etmirəm? Mən hətta qiymətli daşlar saxlanan mücrünün açarını sənə vermişəm.
- O açarlar mücrüyə düşmür...
İki məhkum ingilis türməsində söhbət edir:
- Bağışlayın cənab, Sizə çox iş veriblər?
- 15 il. Bəs Sizə nə qədər?
- Mənə on il.
- Onda Siz qapıya yaxın çarpayıda yatın. Axı məndən tez çıxacaqsınız!
Missis Smit psixiatrın yanına qaçır:
- Ser, mənim ərim ağlını itirib! Tezliklə onu dəlixanaya salın.
- Nə olub?
- Dünən o mətbəxə girib taxta çəkiclə bifşteksi əzdi, sonra aşpaz qadının yanağından öpdü.
- Burda müdaxilə üçün əsas görmürəm. Əgər o aşpaz qadını çəkiclə vurub, bifşteksi öpsəydi, başqa məsələ.
İngilis lordu insan yaşamayan adaya düşür və üç ev tikir. Nəhayət, onu tapıb soruşurlar:
- Ser, üç ev nəyinizə lazım idi?
- Biri yaşamaq üçün, o biri getdiyim klub, üçüncüsü isə getmədiyim klub!
Protokolda göstərilib ki, miss Braun, Siz son üç həftədə maşınla dörd nəfəri vurmusunuz.
- Üş nəfəri...
- Burda yazılıb ki, dördünü...!
- Məsələ burasındadır ki, bu sarsaqların birini iki dəfə vurmuşam.
Evin damında bir nəfər dayanıb. O, intihar etmək istəyir. Aşağıda camaat toplaşıb baxır. Birdən bir qadın səsi eşidilir:
- İlahi, əgər o indi özünü atmasa, mən işə gecikəcəm!
Qənnadı sexinə zəng olunur:
- Alo, mən mister Smitəm. Arvadımın ad günü üçün tort hazırlayın.
- Neçə şam qoyaq?
- İyirmi doqquz. Həmişə olduğu kimi.
Varlı lord Nyu-Yorkdan Londona evinə zəng edir. Dəstəyi qulluqçu götürür.
-Arvadım nə edir?
-Sizinlə yatır, ser.
-Cim, kabinetimə gir, vinçesteri götür, ikisini də vur. Telefonda gözləyirəm.
Beş dəqiqə sonra Cim məruzə edir:
-Ser, arvadınızı yataqda güllələdim, Siz bağa qaçdınız. Mən Sizi bağda vurdum.
-Cim, mənim bağım yoxdur.
-Ser, Siz hara zəng etmisiniz?


Tarix: 28.11.2014 / 18:33 Müəllif: Aziza Baxılıb: 150 Bölmə: Ümumi Letifeler