beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli lətifələr..

Gəzməyə çixmiş ər ilə arvad dəniz sahilinə çatanda arvad ərinə deyir:
-Ay kişi ,yadındadırmı on beş il əvvəl mən bax,mən bax burada suya düşüb boğulurdum.Sən məni xilas etməsəydin indiyə kimi sümüklərim də çürümüşdü.
kişi dərindən ah çəkib cavab berdi:
-Yadimdadir ,o vaxt camaat dayanıb baxdıqı halda bilmirəm mən niyə zirəklik etdim???

Cavan bir xanım rəfiqəsinə dedi:
-Ərim çox pis adamdir,məni incidir.
-Bəs nə üçün ondan ayrılmırsan?
-Gözləyirəm ki,ariqlayim,bədənim bugünkü modalara müvafiqolsun,sonra ayrilaram.

Cavan oqlan sevgilisindən soruşur:
-Valideyinlərin evlənməmiz barədə nə düşünür?
-Anam gözləyir ki,atam bir söz desin,o daonun əleyhinə çıxsın.

Ata oqlundan soruşur:
-Salamlaşdiğın adam kim idi?
-Atacan,bu həmin hesab müəllimimizdir ki,evə verdiyi tapsırıqlari sən həll edəndə mənə 0 verir.

İşdən gəlmiş kişi evdə yeməyin hazir olmadiğını görüb evi tərk edəndə soruşur:
-Ay kişi hara gedirsən?
-Restorana
-5 dəqiqə mənidə gözləyə bilərsən?
-Sən yeməyi 5 dəqiqəyə necə hazirlayacaqsan?
-Başa düşmədin,ay kişi,məndə səninlə getmək istəyirəm.


Tarix: 28.11.2014 / 18:30 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Ümumi Letifeler